Daha bir şirkət Beynəlxalq Bankdan pay alıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin fiziki şəxs səhmdarlarının sayı 2018-ci ilin birinci yarısında 5 şəxs azalıb.

 

"Marja" Bankın hesabatlarına istinadən xəbər verir ki, ötən ilin sonunda səhmdarlar arasında fiziki şəxslər 1745 nəfər ikən, 30 İyun 2018-ci il tarixində 1740 nəfər təşkil edib.


.İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN


Hüquqi şəxs (şirkət) səhmdarların sayı isə 1 şəxs artaraq 12-dən 13-ə yüksəlib.

 

Maliyyə Nazirliyi xaric bütün səhmdarların bankdakı payı 5%-dən azdır.

 

Son məlumata görə,Beynəlxalq Bankın nizamnamə kapitalının 91.40 %-i və ya 1 milyard 134 milyon 482 min 429 manatı Maliyyə Nazirliyə məxsusdur. Ötən ilin sonunda bu nisbət 76.73% və ya 952 milyon 473 min 965 manat idi.

 

Ötən ilin sonunda "Aqrarkredit QSC BOKT-ın Beynəlxalq Bankın nizamanmə kapitalında 14.65% və ya 181 milyon 909 milyon 167 min manat payı var idi.

10 Avqust 2018 , 08:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin