“AG Bank”dakı payını artırıb

“AG Bank” ASC-nin fiziki şəxs olan səhmdarlarının sayı 60, hüquqi şəxs olan səhmdarlarının sayı isə 22-dir.

 

"Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bankın kapitalında on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan yeganə səhmdarı Əsədullayev Çingizdir.

 

"Marja" xəbər verir ki, 2018-ci ilin birinci yarısında Çingiz Əsədullayevin Bankın nizamanamə kapitalındakı payı 26.24%-dən 27.09%-ə yüksəlib.

 

Xəbər verdiyimiz kimi, Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində 2,9 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır.

 

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

 

Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti  2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.

 

Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayır və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.

10 Avqust 2018 , 10:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin