Ən yuxarı statik reklam_3

Dollar mühüm valyutalar qarşısında kəskin bahalaşıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar mühüm valyutalar qarşısında kəskin bahalaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dollar, mühüm bazar pulları qarşısındakı yüksəlişini davam etdirir.
 

"Marja" xəbər verir ki, ABŞ Dolları, G - 10 pulları qarşısında gündəlik əməliyyatlarda kəskin yüksəlib. Yen xaric, bütün mühüm valyutalar qarşısında dəyər qazanan dollar, ilin əvvəlindən bu yana yen istisna olmaqla bütün G - 10 pullarından yaxşı performans göstərib.
 
 
Avro/dollar məzənnəsi, həftənin son iş günündə kəskin düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb). Məzənnə, Bakı vaxtı ilə saat 11:00-da təxminən 0.60 faiz minusda 1.1456 səviyyəsində olub.
 

Funt-sterlinq qarşısında da güclənən dollar 1.2774-ə qədər gəlib.
 

Dolların mühüm valyutalar qarşısındakı gedişini təqib edən Dollar İndeksi 96 bəndini aşıb. Son iş günündə 0.56 faiz artımla 96.049 səviyyəsinə yüksələn indeks, ilin əvvəlindən bəri təxminən 4.1 faiz artıb.
 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Dolların qlobal miqyasda bahalaşamasına Fed-in faiz artıracağı gözləntiləri təsir göstərir. Fed-in ən "göyərçin" rəsmilərindən biri olan  Fed-in Çikaqo şöbəsinin sədri Çarlz Evans, faizin artırılmasının lehinə mövqe nümayiş etdirməyə başlayıb. Evans, Cümə axşamı günü Fed-in faizləri "bir az məhdudlaşdırıcı səviyyələrə" yüksəltməsi lazım olacağını bildirib.

10.08.2018 09:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ