Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

İlk MİT- Azərbaycan Startap Laboratoriyasının Təqdimat Günü keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk MİT- Azərbaycan Startap Laboratoriyasının Təqdimat Günü keçirilib

Avqustun 9-da  “SOCAR AQŞ” MMC-nin dəstəyi ilə ADA Universitetində ilk MİT- Azərbaycan Startap Laboratoriyasının təqdimatı keçirilib.

 

Reklam_3_11

MMC-dən “Marja”ya daxil olmuş məlumata görə, MİT-nin müsabiqə komissiyası tərəfindən həyata keçirilən seçim prosesində 200-ə yaxın müraciətdən  29 ən istedadlı azərbaycanlı tələbə bu ilin iyun ayından etibarən ADA Universitetində təşkil olunan 7 həftəlik intensiv kursda iştirak etmək hüququ qazanıb.

 

Proqramda ADA Universitetinin, Xəzər Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin , Azərbaycan Dövlət İqtisad Universitetinin və Milli Aviasiya Akademiyasının  tələbələri ilə yanaşı dünyanın tanınmış universitetlərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.

 

Təqdimat günündə  çıxış edən SOCAR AQŞ-nin Baş direktoru Ramin İsayev  kursu uğurla başa vurmaları münasibəti ilə tələbələri  təbrik edib:

 

“SOCAR AQŞ dünyanın aparıcı universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutu  ilə birgə MİT-Azərbaycan Fondunun yaradılmasına dair bu ilin əvvəlində razılaşma imzalamışdır. Bildiyimiz kimi MIT- çoxsaylı elmi kəşflərin yarandığı məkandır. Təsadüfü deyil ki, biz məhz bu məşhur elm ocağının Startap Laboratoriyasını pilot layihə olaraq Azərbaycana gətirmişik.  Azərbaycanda biznes innovasiyasına təkan verilməsi, rəqəmsal və sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi  istiqamətində həyata keçirilən bu layihə özünəməxsusluğu ilə fərqlənir. Biz bu layihə vasitəsilə milli səviyyədə müxtəlif ali məktəbləri, startap mərkəzlərini və akseleratorları bir araya gətirdik. Bu platformadan əldə etdiyiniz bilik və təcrübə öz ideyanızı biznesə çevirmək, innovativ xidmətlər göstərmək və yeni müştərilər əldə etmək baxımından sizin üçün dönüş nöqtəsi olacaq”.

 

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə proqramın məzunlarına böyük nailiyyətlər arzulayıb: 

 

“Azərbaycan gəncliyinin günbəgün artmaqda olan uğurunu izləmək olduqca xoşdur. Bu gün komandalar ölkənin gənc sahibkarlıq mühiti üçün çox maraqlı ideyalar irəli sürürlər. Bu ideyaların reallığa çevrilməsi üçün Təqdimat Günü açar rolunu oynayır.  ADA Universiteti bu proqramda tərəfdaş kimi çıxış edərək innovativ ideyaların startaplara, daha sonra isə startapların uğurlu şirkətlərə çevrilməsi istiqamətində öz dəstəyini göstərməkdədir”’.

7 həftəlik intensiv kurs ərzində tələbələr öz innovativ ideyalarını təkmilləşdirmək üçün MİT–in müvafiq çərçivə prinsiplərini öyrənməklə yanaşı Azərbaycanda fəaliyyət göstərən yerli startap ekosisteminin nümayəndələri və akseleratorlarla  görüşlər keçirmiş, müvafiq hamilərin iştirakı ilə seminarlarda iştirak etmişlər.

 

Tələbələr MİT-nin 24 mərhələdən ibarət biznes planını müvafiq qaydada mənimsəyib, öz məhsul və ya xidmətlərini prototip versiyada hazırlayaraq potensial investorlara təqdim ediblər.

 

29 tələbə 6 komandada birləşərək, təhsildə süni intellekt sahəsində innovasiya, İKT üzrə məlumat bazasının yaradılması, əyləncə və səyahət sahəsində funksionallığın tətbiqi ilə bağlı 5 veb platforma və 1 mobil applikasiya ilə tanınmış biznes qurumlarını təmsil edən münsiflər heyəti qarşısında çıxış ediblər. Münsiflər heyəti qiymətləndirilmə prosesi zamanı komandaların həllini gözləyən biznes problemləri düzgün müəyyənləşdirmələri, kritik biznes düşüncə qabiliyyəti, effektiv biznes model seçimləri, marketinq strategiyası, maliyyə modeli, hazırlanan məhsulların keyfiyyət və funksionallaığı, komandaların təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarını əsas götürüblər.

 

Qalib komandalar öz startap ideyalarını genişləndirmək istiqamətində ümumilikdə 12.000 AZN mükafat əldə ediblər (I yer 5000 AZN, II yer 4000 AZN və III yer 3000 AZN).

 

Müsabiqədə birinci yerə Dataforest, ikinci yerə LocalsAround, üçüncü yerə isə MasterMe komandaları layiq görülüb. Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etmiş komandalar akselerator və startap mərkəzləri tərəfindən müxtəlif mükafatlara layiq görülüblər.

 

Tədbirin sonunda Startap Laboratoriyasını uğurla başa vurmuş məzunlara sertifikatlar təqdim olunub.  Təqdimat Günündə dövlət qurumlarının, yerli və beynəlxalq şirkətlərin, ali təhsil müəssisələrinin və KİV-nin nümayədələri iştirak ediblər.

 

SOCAR AQŞ və  Massaçusets Texnologiya İnstitutunun (MİT) birgə təsis etdiyi MİT-Azərbaycan Fondunun yaradılmasında əsas məqsəd mobil/veb tətbiqinə əsaslanan startap (yeni texnologiya və innovativ ideyalara əsaslanan şirkətlərin təsis olunması) və özəl sahibkarlığın inkişafına töhfə vermək, tələbələr üçün sahibkarlıq və kompüter proqramlaşdırma sahələri üzrə intensiv kurslar təşkil etməkdir.

 

Qeyd edək ki, SOCAR AQŞ milli qazma müəssisəsi olaraq neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mövcud imkanların artırılmasına yönəlmiş təşəbbüs və proqramları dəstəkləyir. SOCAR AQŞ ali məktəblərin 3-cü və 4-cü kurslarında, eləcə də maqistr dərəcəsində təhsil alan tələbələr üçün Yay təcrübə Proqramını həyata keçirir, həmçinin neft-qaz ixtisası üzrə təhsil alan tələbər üçün SOCAR AQŞ Təqaüdü təsis edilmişdir.

 

SOCAR AQŞ-nin səhmdarları SOCAR və Nobel Oil Services şirkətləridir.

10.08.2018 09:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ