Bakıda 24/7 rejimində fəaliyyət göstərən bank filialı açıldı

“Amrahbank”ın Səbail rayonu, Xaqani küçəsi 31 ünvanında yerləşən 24/7 rejimli Express filialı fəaliyyətə başlayıb. 


 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə. bu məqsədlə təşkil olunmuş açılış mərasimində Müşahidə Şurasının üzvü Fazil Hüseynov, Müşahidə Şurasının müşaviri Ülvi İldırmzadə,  İdarə Heyətinin Sədri vəzifəsini icra edən xanım Leyla Məmmədbəyli, İdarə Heyətinin üzvləri, bankın əməkdaşları, qonaqlar, müştərilər iştirak ediblər.

 

BANKIN TARİXİNDƏ BİR İLK

 

Açılış mərasimində çıxış edən İdarə Heyətinin Sədri v.i.e. Leyla xanım Məmmədbəyli bildirib ki, “Amrahbank”ın yeni qəbul olunmuş modern inkişaf strategiyasına müvafiq olaraq açılan "Express" filialı bankın tarıxində ilk dəfə olaraq 24 saat, 7 gün rejimində fəaliyyət göstərəcəkdir: "Hesab edirik ki, açılan yeni filialımız təkcə paytaxtımızın sakinlərini deyil, eyni zamanda şəhərimizin qonaqlarını və turistlərinin də rahatlığını təmin edəcəkdir".

 

Mərasimdə çıxış edən qonaqlar və bankın əməkdaşları açılış ilə bağlı öz ürək sözlərini bildiriblər, yeni filialın fəaliyyətinə uğurlar arzu ediblər.

 

ŞƏHƏRİN ƏN QAYNAR NÖQTƏSİNDƏ

 

Nəzərinizə çatdırırıq ki, “Amrahbank”ın 24/7 rejimli Express filialı, şəhərin ən qaynar yerlərindən birində, Axundov adına Milli Kitabxananın qarşısında yerləşir. Yeni filialda müştərilər bütün növ bank xidmət və məhsullarından faydalana biləcəklər.

 

25 ildir ölkəmizin maliyyə bazarında fəaliyyət göstərən Amrahbank, Azərbaycanın ən aparıcı banklarından biridir və hal-hazırda 22 filiali, bir şöbəsı ilə fəaliyyət göstərir.

10 Avqust 2018 , 12:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin