"ABŞ səhv etməməlidir, sanksiyalar davam edərsə cavab verəcəyik"
Kamçatka bölgəsinə səfəri zamanı açıqlamalar verən Rusiyanın Baş naziri Dmitriy Medvedev, ABŞ-ın sanksiyalarına dair də danışıb.
"İQTİSADİ MÜHARİBƏNİN ELAN EDİLMƏSİ QƏBUL EDİLƏCƏYİK"
"Marja" xəbər verir ki, Medvedev "Bank əməliyyatları və ya hər hansı bir valyutanın istifadəsinə dair bir qadağa və ya oxşar şey tətbiq edilsə, bunu iqtisadi müharibə elan edilmiş sayacağıq və lazımınca cavab verəcəyik. Lazım gələrsə, iqtisadi, siyasi və ya başqa bir şəkildə qarşılığını verəcəyik. Amerikalı dostlarımız bu məsələdə səhv etməməlidir", deyib.
"TƏZYİQLƏRƏ BOYUN ƏYMİRİK"
Medvedev, Rusiyanın iqtisadi məhdudiyyətlərin öhdəsindən gəlməyi bacardığını və təzyiqlərə heç vaxt boyun əymədiyini söyləyib.
Medvedev "Ölkəmiz son yüz ildir daim sanksiyalarla tətbiq edilən təzyiqlərə məruz qalır. ABŞ və müttəfiqləri qlobal rəqabətin qarşısını kəsir. Heç bir şey dəyişməyib" deyib.
Medvedev, ABŞ-ın eyni zamanda Çinə də vergilər tətbiq etdiyinə diqqət çəkərək "Çinlilərin bundan qətiyyən xoşu gəlmir. Kimsənin də xoşu gəlməz. Məqsədimiz bütün bu tədbirlərə qarşı çıxmaqdır" deyib.
Ötən gün ABŞ, keçmiş Rus agent Sergey Skripal və qızının zəhərlənməsi hadisəsini bəhanə edərək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Sanksiyaların 22 Avqustda qüvvəyə minəcəyi bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
8 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
8 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
8 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
9 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
9 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
10 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 10 saat əvvəl
- 10 saat əvvəl