Kartlar vasitəsi Dolların Manata mübadiləsinin komissiyası artdı
“Bank Respublika” 09.02.2017 tarixdən etibarən, plastik kartları vasitəsi ilə xarici valyutanın milli valyutaya mübadiləsi aparılan bütün ölkədaxili və ölkəxarici əməliyyatlar üzrə, məhsul növündən asılı olmayaraq komissiyaları artırıb.
“Marja” xəbər verir ki, “Bank Respublika”-nın aşağıda qeyd olunan yeni komissiyaları tətbiq edib.
-Retail və Unique növlü əməliyyatlar: 5%
-Digər əməliyyatlar: 7%
Qeyd edək ki, əvvəllər digər əməliyyatlar üzrə komissiya 0,5% təşkil edirdi.
Əməliyyat növləri aşağıdakılardır:
-Xarici valyutalı kartlardan AZN ilə Card to Card əməliyyatlarıı;
-AZN-də olan kartlara xarici valyutada mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);
-Xarici valyutalı kartlardan AZN ilə məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);
-Xarici valyutalı kartlardan AZN ilə Card to Account əməliyyatları;
-Digər bankların kartlarından “Bank Respublika”-nın AZN ilə olan kartına xarici valyutada köçürmə əməliyyatları (Card to Card);
Qeyd edək ki, bank sui-istifadə hallarının qarşısını almaq məqsədlilə komissiyaları artırıb. Ehtimal ki, dünən bir çoxları bəzi banklardan Dolları 1.76 manatdan alıb və sonra “Bank Respublika” kartına yatıraraq Mərkəzi Bankın 1.8252 məzənnəsilə, manatla çıxardıblar. Belə əməliyyatların gəlirsiz olması üçün bank komissiya haqlarını artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
11 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
13 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl