Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Avtomobil idxalı kəskin artmaqda davam edir - SON RƏQƏMLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil idxalı kəskin artmaqda davam edir - SON RƏQƏMLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-iyul ayları ərzində (7 ayda) Azərbaycana 11 700 ədəd nəqliyyat vasitəsi idxal olunub.  


"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə artıb. 2017-ci ilin 7 ayında Azərbaycanda 4 468 ədəd nəqliyyat vasitələri idxal olunmuşdu.


ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Cari ilin İyul ayında idxal edilmiş cəmi nəqliyyat vasitələrinin sayı 2112 ədəd təşkil edib. İyunda bu say 2294 ədəd olmuşdu.
 

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yanvar-iyul aylarında minik avtomobillərinin idxalı 3 791 ədəddən 10 402 ədədə qalxıb (2,7 dəfə artım).

 

Cari ilin İyul ayında idxal edilmiş minik avtomobillərinin sayı 1917 ədəd təşkil edib.  İyunda bu say 2021 ədəd idi.

 

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkəyə gətirilmiş avtomobillərin 69 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 10 402 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 157  ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 72 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

10.08.2018 13:28

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ