Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Yastığın altındakı dollar və avronu Türk Lirəsinə çevirin"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yastığın altındakı dollar və avronu Türk Lirəsinə çevirin"

"Süni maliyyə hücumlarına məruz qalırıq"


 

Reklam_3_11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşları qarşısında çıxış edib.

 

"Marja" xəbər verir ki, Ərdoğan, "Dollar-molar ilə bizim yollarımızı bağlaya bilməzlər. Yenə də deyirəm, yastığının altında dolları, avrosu olan varsa Türk Lirəsi ilə xırdalasın. Bu bir milli mübarizədir. Bizə qarşı iqtisadi müharibə elan edənlərə qarşı cavab olacaqdır. Bu gün deyil, nə vaxt olacaq? Yerli pulumuzla bunlara cavab verək" deyib.
 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

"Hər cür ssenari bizə vız gəlir" deyən Prezident Ərdoğan, "Ölkəmizə diz çökdürmək üçün etmədikləri qalmadı" ifadələrini istifadə edib.

 
"FAİZ  LOBBİSİ BU ÖLKƏNİ ÇÖKDÜRMƏYƏCƏK"

Ərdoğan sözlərini belə davam etdirib:

 
"Türkiyənin iqtisadi göstəricilərində ən kiçik bir çətinlik olmadığı halda süni maliyyə hücumlarına məruz qalırıq. Bu hücumların səbəbinin çox başqa olduğu aydındır. Bütün ölkələrlə maraqlarımız uyğun gəldiyi nöqtədə əməkdaşlıq edirik, ayrıldığı nöqtələrdə müzakirələr ilə həll etməyə çalışırıq. Təhdidlərə baxıb ələrini ovuşduranlar heç boşuna həvəslənməsinlər. Faiz lobbisi bu milləti çökdürə bilməyəcək. İnqilabçılara təslim olmadığımız kimi, lobbiçilər ilə də mübarizə aparacağıq".

10.08.2018 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ