Növbəti depozit hərracı elan edildi - MƏBLƏĞ

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

 
"Marja" xəbər ki, 13 Avqust 2018-ci il tarixində keçiriləcək hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur.  

 

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunub.

 

SONUNCU HƏRRACLARDA TƏLƏB ARTMIŞDIR

 
Xəbər verdiyimiz kimi, 06.08.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 943,80 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi. Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.

 

30.07.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 904,09 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir. Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamış və bu məbləği də cəlb etmişdi.


 
23.07.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 877,58 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi.

10 Avqust 2018 , 16:35   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin