Berat Albayrak: "Sərt pul və maliyyə siyasəti ortaya qoyacağıq"

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak "Yeni İqtisadiyyat Modeli"ni açıqlayıb.
 

Onun sözlərinə görə, yeni iqtisadi yanaşmanın ən mühüm addımlarından biri qətiyyətli və güclü mövqe olacaqdır. Qəti addımların atılacağı dövr başlayacaqdır.
 
 
Albayrak qeyd edib ki, pul siyasətinin tam müstəqilliyi prinsip olaraq davam edəcəkdir:
 

-Bank sektoru ən əsas işlərimizdən biri olmağa davam edəcək,
 
-Sərt pul və maliyyə siyasəti prosesi ortaya qoyacağıq,

-Büdcə disipllini ən əsas hədəflərdən biridir,

-Daha ədalətli vergi sistemi ortaya çıxacaq.

 

Qeyd edək ki, bu dəqiqələrdə olan məlumata görə, Dollar Türk lirəsi qarşısında 15% də bahalaşıb. 1 Dollar 6.3842 lirədən alıcı tapır.

10 Avqust 2018 , 16:45   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin