Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, avqustun 11-də qeyri-sabit hava şəraiti davam edəcək.

 

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var

 

. Avqustun 12-də hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, hava şəraitinin arabir yağışlı olacağı, avqustun 12-də əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında avqustun 11-i gündüz və 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

 

Milli Hidrometeorologiya Departamenti paytaxt qonaqlarının nəzərinə çatdırır ki, avqustun 11-də arabir güclənən qərb küləyi avqustun 12-də şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, avqustun 11-də gündüz və 12-də əsasən hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.

10.08.2018 14:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ