10 milyard manatı "yedik-içdik"

2018-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 20,1 milyard manata bərabər olmuşdur.

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ticarət dövriyyəsinin 10,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyul aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,2 faiz üstələmişdir.

 

Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar-iyul aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

20 082,3

102,6

o cümlədən:

ərzaq məhsulları

9 158,9

102,0

içkilər və tütün məmulatları

862,2

101,0

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 611,5

103,1

elektrik malları və mebellər

1 220,1

102,9

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

144,0

102,0

əczaçılıq və tibbi mallar

267,3

102,4

avtomobil yanacağı

1 133,3

101,7

digər qeyri-ərzaq məhsulları

3 685,0

103,8

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,6 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

 

2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının 16,3 faizi ticarət müəssisələri, 50,6 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2017-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 34,4 faiz artmış, fərdi sahibkarlar üzrə 1,5 faiz, bazar və yarmarkalarda 2,6 faiz azalmışdır.

 

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  292,7 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 146,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 146,6 manatlıq qeyri-ərzaq məhsulları  almışdır.

 

10 Avqust 2018 , 17:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin