ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Twitter" üzərindən Türkiyəyə dair açıqlama verib.
"Marja" xəbər verir ki, Tramp açıqlamasında Türkiyədən idxal edilən polad və alüminiuma vergi nisbətinin iki dəfə artırılmasını təsdiq etdiyini bildirib.
Alüminiuma verginin 20 faiz, polada isə 50 faiz olacağını qeyd edən ABŞ Prezidenti, Türkiyə ilə münasibətlərin yaxşı olmadığını deyib.
Tramp "Türk Lirəsi, bizim çox güclü Dollarımızın qarşısında sürətlə aşağı düşür" vurğulayıb.
Bakı vaxtı ilə saat 17:30-da 1 Dollar 6.7844 lirəyə qalxıb. Bu gün Lirə 22%-dən çox ucuzlaşıb.
I have just authorized a doubling of Tariffs on Steel and Aluminum with respect to Turkey as their currency, the Turkish Lira, slides rapidly downward against our very strong Dollar! Aluminum will now be 20% and Steel 50%. Our relations with Turkey are not good at this time!
— Donald J. Trump (@realDonaldTrump) 10 Ağustos 2018