İşçilərin əmək haqları ödənilməməsi və məzuniyyət hüquqlarının pozulması halları daha çoxdur

Müraciətlər daha çox emal və tikinti sahələrinə aid olub


 

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaş müraciətini araşdırıb.

 

Müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə  ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

 

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 39 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 16 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

 

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

 

10 Avqust 2018 , 18:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin