Azərbaycanda diplomu tanınmayan “Anadolu” Universiteti tələbə qəbuluna davam edir

Türkiyənin “Anadolu” Universiteti Azərbaycanda reklamlar vasitəsilə qəbul imtahanlarında uğursuz olmuş abituriyentlərin diqqətini cəlb etməyi bacarıb.

 

Marja” xəbər verir ki, qəbul imtahanlarında aşağı ballar yığmış abituriyentlərin valideynləri bu günlər öz uşaqlarını Anadolu Universitetinə düzəltməyə can atırlar. “Anadolu” Universitetinin Azərbaycan Proqramları koordinatorluğu abuturiyentlərin qeydiyyatı və qəbulu ilə məşğuldur. Qeydiyyatın Avqustun 11-də başa çatacağı bildirilir.

 

İLLİK TƏHSİL HAQQI 1900 MANATDIR

 

Valideynlərdən birinin “Marja”ya verdiyi məlumata görə, universitetə qəbul olunmaq üçün qeydiyyata düşmək və 1 aylıq hazırlıq kursundan keçmək tələb olunur. Qeydiyyat üçün 50 manat, hazırlıq kursu üçün isə 100 manat ödənilməlidir. Hazırlıq kursundan sonra abituriyent universitetə qəbul olunur. “Anadolu” Universitetinin illik təhsil haqqı 1900 manatdır. Tələbə Türkiyəyə getmədən, qiyabi, məsafəli təhsil (distant) alır. Məsafəli təhsil zamanı internet, faks, poçt və ya e-poçt kimi üsullarla tələbələrə müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr edilir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Bizə bildirildi ki, uşağınız evində kompyuter qarşısında əyləşib internet vasitəsilə dərsləri mənimsəyəcəkdir”,- valideyin bildirdi.

 

ARAYIŞI HƏRBİ XİDMƏTƏ MÖHLƏT VERMİR

 

O qeyd etdi ki, “Anadolu” Universitetinin verdiyi arayış səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbələrində keçərli deyil. Arayışda təhsilin qiyabi və ya əyani olduğu göstərilmir. Sadəcə, çağırış şöbələrində bu sənədə diqqətlə fikir verilmədiyindən tələbəyə möhlət verilir. Əgər səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti sənədə diqqətlə fikir versə, tələbə hərbi xidmətə aparılacaqdır.

 

“DİPLOMU TANINMIR”

 

Təhsil Nazirliyindən “Marja”ya bildirildi ki, distant təhsillə alınan diplom tanınmır. Tələbə mütləq Türkiyədə əyani  təhsil almalıdır. Xüsusilə, tələbənin təhsil aldığı universitet dövlət təhsil müəssisəsi olmalıdır.

 

https://anadolu.edu.az saytında verilən məlumata görə, "Anadolu" Universiteti 2009-2013-cü illər ərzində “Azərbaycan Proqramları” nda 5 ixtisas üzrə distant təhsil vermişdir. 2016 -cı tədris ilindən daha 23 ixtisas əlavə olunaraq ixtisasların sayı 28-ə çatdırılmışdır. Hazırda Azərbaycandan 3000 nəfərə yaxın tələbə "Anadolu" Universitetində distant formada ali təhsil almaqdadır.

11 Avqust 2018 , 11:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin