Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nəhayət razılaşdılar - TARİXİ İMZALANMA MƏRASİMİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nəhayət razılaşdılar - TARİXİ İMZALANMA MƏRASİMİ

Qapalı bir göl olan, ancaq böyüklüyü və duzlu suyuna görə dəniz kimi qəbul edilən Xəzər Dənizinin sahilində yerləşən beş ölkə, Sovet İttifaqının dağılmasından sonra bu suların iqtisadi və hərbi olaraq hansı statusda istifadə edəcəklərini razılaşdıra bilmirdilər. 


Nəhayət razılaşma təmin olunub. "Marja" xəbər verir ki, Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Reklam_3_11


 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 
Razılaşmaya görə, tərəflər Xəzər Dənizinin səth hissəsini birgə şəkildə istifadə edəcəklər. Dib hissəsi və mineral ehtiyatları qonşu dövlətlərin arasında, beynəlxalq hüquq əsasında razılaşdırılaraq paylaşılacaq.
 
 
Dənizçilik, balıqçılıq, elmi tədqiqatlar və magistral boru kəmərlərinin çəkilməsi, tərəflərin razılaşdıracağı qaydalara əsasən həyata keçiriləcək. Geniş dəniz layihələrinin həyata keçirilməsi vəziyyətində mütləq ekoloji faktoru nəzərə alınacaq.
 

Müqavilə Xəzər Dənizinə sahili olmayan digər ölkələrə hərbi məqsədlər üçün bağlayır.

 

Müqavilə dəzin altındakı mübahisəli qaz və neft ehtiyatlarının da artıq çıxarılaraq dünya bazarlarına təqdim edilməsi mənasına da gəlir.

 

XXX

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

 

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalandı.

 

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış edib.

12.08.2018 14:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ