Ən yuxarı (mobil)_30

Azərbaycanda 10 bankın aktivləri azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 10 bankın aktivləri azalıb

Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "Atabank", "AGBank", Pakistan Milli Bankının Bakı filialı, "Access Bank", "Turan Bank", "Unibank", "Amrah Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Aktivlərdə ən çox azalma "Bank VTB Azərbaycan"da (69,1%), ən az azalma isə "Atabank" da (1,1%) qeydə alınıb.

 

Qalan 19 bankın aktivləri isə son 1 ildə artıb. Ən çox artım "Expesss Bank"da (57,1%), ən az artım isə "Azər-Türk Bank"da (1,4%) baş verib. 

 

ABB aktivlərinin dinamikasını açıqlamayıb.

 

5 BANKIN AKTİVLƏRİ 1 MİLYARD MANATDAN ÇOXDUR

 

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin aktivləri 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (7 615,553 milyon manat), "PAŞA Bank" (3 901,761 milyon manat), "Kapital Bank" (3 573,419 milyon manat), "Xalq Bank"dır (1 977,525 milyon manat) və "Azərbaycan Sənaye Bankı"dır (1 019,677 milyon manat).

 

Qalan 25 bankdan 7-nin aktivləri 0,5 - 1 milyard manat arasında, 17 bankın aktivləri 100 - 500 milyon manat arasında, 1 bankın Pakistan Milli Bankının Bakı filialının aktivləri isə cəmi 10,717 milyon manatdır.

 

Xatırladaq ki, Pakistan Bankı məcmu kapitalın 50 milyon manata çatdırılması tələbindən 2025-ci ilə qədər azad edilib. Odur ki, bu maliyyə qurumunun aktivlərinin digər banklarla müqayisədə az olması başa düşüləndir. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq"

13.08.2018 07:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ