Ən yuxarı (mobil)_30

Türkiyə Mərkəzi Bankından yeni addımlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə Mərkəzi Bankından yeni addımlar

Türkiyə Mərkəzi Bankı məcburi ehtiyat normasının faizlərini endirib.
 

"Marja" xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən verilən açıqlamaya görə, Türk lirəsi məcburi ehtiyat norması nisbətləri bütün müddətlər üzrə 250 faiz bəndi endirilib.
 

Xarici valyutadakı öhdəliklər üçün məcburi ehtiyat nisbətləri 400 bənd aşağı salınıb.

 

Xarici valyuta ilə öhdəliklər

Məcburi ehtiyat norması

Yeni məcburi ehtiyat norması

1 ilə qədər (1 il daxil)

% 24

% 20

2 ilə qədər (2 il daxil)

% 19

% 15

3 ilə qədər (3 il daxilr)

% 14

% 10

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

TCMB, TL və Valyuta likvidliyinin idarə edilməsinə dair tədbirlərini də açıqlayıb.

 
TCMB açıqlamasında bankların 50 milyard dollar səviyyəsində mövcud LİMİTLƏRİNİN lazım olaRSA artırılacağını qeyd edib.

 

Mərkəzi Bankın qərarından sonra Dollar/TL məzənnəsi 7 səviyyəsinin üzərindən 6.60 səviyyələrinədək düşüb. Təsir qısamüddətli olub. Yenidən məzənnədə yüksəlmə müşahidə olur. 

 

Məcburi ehtiyat norması (Türkcə "Zorunlu karşılık"), əmanət qəbul edən bankların bu əmanətlərə qarşılıq olaraq, mərkəz bankında saxlamaları lazım olan əmanətlərinin müəyyən faizidir.

 

Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 1%-dir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 1%-ni, yəni 10 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 990 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını 1%-dən 2%-ə qaldırdığı təqdirdə isə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin yalnız 980 manatını kredit kimi verə biləcəkdir.

13.08.2018 07:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ