Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Rusiya qarşısında yarım milyard dollar mənfi saldoda

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiya qarşısında yarım milyard dollar mənfi saldoda

2018-ci ilin yanvar-iyul aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 1 mlrd. 304 mln. 76,88 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,9% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

 

Reklam_3_11

Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,89%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.

 

"Hesabat dövründə Azərbaycan Rusiyaya 386 mln. 931,22 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,5% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan ixracın 3,6%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.

 

Yanvar-iyul aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 917 mln. 145,66 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,7% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,88% Rusiyadan tədarükün payına düşüb.

 

Beləliklə, cari ilin yanvar-iyul aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu  530 mln. 214,44 min təşkil edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

13.08.2018 10:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ