Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ərdoğan danışdı, Lirə yenidən ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan danışdı, Lirə yenidən ucuzlaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Türkiyə iqtisadiyyatı hücum ilə üz-üzədir və bir müddət də davam edəcək"



 
Türkiyə prezidenti "Rəcəb Tayyib Ərdoğan, Beştepe-də səfirlər qarşısında etdiyi çıxışında,"Türkiyə iqtisadiyyatı bir hücum ilə qarşı-qarşıyadır" deyib.

Reklam_3_11

 

Ərdoğan, "Valyuta kursundakı proseslərin iqtisadi əsası yoxdur, hücumların daha bir müddət də davam edəcəyi açıqdır" şəklində danışıb.

 

Prezident Ərdoğan, "Təmkinli şəkildə atdığımız və atacağımız addımlar var, kimsənin sistemi ləngitməsinə  imkan vermərik. Türkiyənin iqtisadi dinamikləri möhkəmdir. Valyuta məzənnəsinin iqtisadiyyat içində məqbul səviyyəsi nədirsə ən qısa zamanda oraya gələcək. Azad bazar iqtisadiyyatı prinsiplərindən heç vaxt güzəştə getməyəcəyik" deyib.


 
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Ərdoğan, "Valyuta kursundakı proseslərin iqtisadi əsası yoxdur, ölkəmizə təcavüz xarakteri daşıyır. Dünya Ticarət Təşkilatı var, atılan addımların bu təşkilatın tələbləri ilə əlaqəsi varmı? "Mən etdiyim olacaq" deyə bilmərsən. İstədiyin qədər Prezident ol. Axşam yatıb səhər durub dəmir və polada bu qədər vergi qoydum deyə bilmərsən. Bir tərəfdən strateji ortaq olacaqsan, digər tərəfdən ayağına güllə atacaqsan. Belə bir şeylə barışa bilərikmi?",- deyib.

 

Ərdoğanın açıqlamasından sonra Dollar yenidən 7 lirəyə qalxıb. Bakı vaxtı ilə saat 15:30-da Dollar/Lirə məzənnəsi 7,0040 olub. Səhər saatlarında 7,22 səviyyəsini test edən məzənnə Türkiyə Mərkəzi Bankının qərarlarından sonra 6.60 səviyyələrinədək geriləmişdi. Bu gün Türk Lirəsi Dollar qarşısında 9% dəyərdən düşüb.

13.08.2018 13:11

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ