Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İranın neft hasilatı azalmağa başladı - OPEC HESABATI

iç səhifə xəbər başlığı altı (mobil)_31
İranın neft hasilatı azalmağa başladı - OPEC HESABATI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

OPEC İyulda neft hasilatını artırıb



 
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı, iyul ayında iyun ayı ilə müqayisədə 41 min barrel artaraq 32 milyon 320 min barelə yüksəlib.

 
"Marja" OPEC-in "Neft Bazarı Hesabatına" istinadən xəbər verir ki, iyulda qlobal neft hasilatı əvvəlki aya nisbətən gündəlik 680 min barrel artaraq 98 milyon 530 min barel olub.
 

İyulda OPEC-ə daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 640 min barel artımla 66 milyon 200 min barrelə qalxıb.
 

OPEC-in xam neft istehsalı isə keçən ay əvvəlki aya nisbətən gündəlik 41 min barrel artaraq 32 milyon 320 min barel təşkil edib. OPEC-in istehsal artımına baxmayaraq, əvvəlki ay 33 faiz olan qlobal neft təminatı içindəki payı 32,8 faizə geriləyib.
 

Keçən ay OPEC daxilində xam neft hasilatını ən çox artıran ölkə Küveyt olub. Ölkədə gündəlik hasilat 78 min 500 barel artımla 2 milyon 791 min barelə yüksəlib.
 

İyulda gündəlik neft istehsalında ən böyük azalma isə Liviya, Səudiyyə Ərəbistanı və İranda baş verib. Liviyada gündəlik hasilat 56 min 700 barrel azalaraq 664 min barrelə enib.
 

İranda iyulda neft hasilatı gündəlik 56 min 300 barrel geriləyərək 3 milyon 737 min barrel, Səudiyyə Ərəbistanında gündəlik 52 min 800 barrel azalaraq 10 milyon 387 min barel təşkil edib.
 

NEFTƏ QLOBAL TƏLABAT ARTACAQ
 

OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbi 2018-ci illə müqayisədə 1 milyon 430 min barel artımla gündəlik 100 milyon 260 min barelə çatacaq.
 

2019-da OPEC ölkələrinin xam neft tələbinin isə 32 milyon barrel olması gözlənilir.
 

Dünya üzrə iyulda istismara daxil olan neft qazma qurğularının sayı 2 min 233 olaraq açıqlanıb. Bu qüllələrdən 555-i OPEC üzvü olan ölkələrdə qurulub.

13.08.2018 13:19

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ