Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı birjasında bir ilk - TİCARƏTİ BAŞLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı birjasında bir ilk - TİCARƏTİ BAŞLADI

13 avqust tarixində Bakı Fond Birjasında (BFB) “Paşa Yatırım Bankası”Anonim şirkətinin (Türkiyə) istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmiş və təkrar bazarda ticarəti təşkil olunmuşdur.

 

Reklam_3_11

Qeyd edək ki, sözügedən istiqrazlar xarici emitent tərəfindən yerli bazarda buraxılmış və BFB-də listinqə alınmış ilk qiymətli kağızdır.

 

BFB-dən "Marja"ya daxiol olmuş məlumata görə, hər birinin nominal dəyəri 1000 ABŞ-dolları olan 25.000 ədəd faizli sənədsiz, təmin edilməmiş, adlı istiqrazlar təkrar bazarda ticarətə buraxılmışdır. İstiqrazlar üzrə kupon dərəcəsi 4.85 faiz təşkil edir və son ödəniş tarixi 22 dekabr 2022-ci tarixinə təsadüf edir.  

 

Bu münasibətlə BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov ilə  “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyəti sədri Cəlal Qasımov iştirakı ilə “Açılış zəngi” mərasimi olmuşdur.

 

Bununla əlaqədar olaraq, BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov “Paşa Yatırım Bankası” Anonim şirkətinin xarici emitent olaraq, Azərbaycan kapital bazarlarında iştirakını müsbət dəyərləndirmiş və BFB-də korporativ istiqrazlar bazarının inkişafı üçün xüsusi əhəmiyyəti daşıdığını vurğulayıb.

 

Daha sonra “Paşa Yatırım Bankası” Anonim şirkətinin İdarə Heyətinin sədri Cəlal Qasımov yerli bazarda xarici emitent tərəfindən ilk dəfə BFB-də qiymətli kağızların ticarətə buraxılmasını müsbət hal kimi qiymətləndirdiyini bildirib. C.Qasımov şirkətin  strategiyasına uyğun olaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərinin davam etdirilməsini hədəfləndiyini qeyd edib.

 

Tədbirin sonunda tərəflər arasında Listinq müqaviləsi imzalandı və bu münasibətlə ticarətin başlanmasını simvolizə edən  “Açılış zəngi” mərasimi həyata keçirilmişdir.

13.08.2018 14:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ