Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kapital Bank şayiələrə aydınlıq gətirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kapital Bank şayiələrə aydınlıq gətirdi

Son günlər bəzi saytlarda və Facebook sosial şəbəkəsində olan səhifələrdə Kapital Bank haqqında əsassız məlumatlar dərc olunub. Məsələ ilə bağlı bankla əlaqə saxladıq. Bankın mətbuat katibi Pərviz Sədrəddinovun verdiyi məlumata görə, Kapital Bank qiymət və tariflərlə bağlı hər zaman müştərilərini məlumatlandırır.

 

“Ödəniş kartları üzrə tariflər bankın internet səhifəsində, həmçinin müştəriyə təqdim edilən müqavilədə öz əksini tapır. Misal üçün, Kapital Bank-a məxsus məvacib, təqaüd və digər sosial kartlardan bankın bankomatlarından vəsait nağdılaşdıran zaman heç bir komissiya tutulmur. Müştərinin öz istəyi əsasında əldə olunan  debet kartlarından nağdılaşdırma zamanı isə 1%, minimum 1 AZN komissiya tutulur. Odur ki, müştərilərdən xahiş olunur ki, hər hansı bir əməliyyat etməzdən əvvəl tariflərlə tanış olsunlar.

 

Həmçinin təhlükəsizlik qaydalarına uyğun olaraq müştərilərə tövsiyə olunur ki, kartlarını başqa şəxslərə verməsinlər. Çünki ödəniş kartına görə sahibi birbaşa məsuliyyət daşıyır. Kart sahibinin xəbəri olmadan müəyyən məqsədlərə çatmaq üçün onun etibarından sui-istifadə halları baş verə bilər” – deyə, Pərviz Sədrəddinov bildirib.

 

Kapital Bank-ın ödəniş kartlarının tarifləriüzrə ətraflı məlumat - https://kapitalbank.az/useruploads/terms/tarifler_kartlar.pdf .

 

© Banco.az

10.02.2017 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ