Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

13 bankın nağd vəsaitləri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
13 bankın nağd vəsaitləri artıb

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü bu il iyulun 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət, 10-da isə mənfi dinamika müşahidə edilib.

 

Reklam_3_11

Son 1 ildə nağd vəsaitlərini ən çox artıran banklar "Atabank" (93,1%), "Günay Bank" (74,1% dəfə), "NBC Bank" (54,9%), "Kapital Bank" (50,8%), "Muğan Bank" (50%) və Pakistan Milli Bankının Bakı filialıdır (50%). Nağd vəsaitlərin ən aşağı müsbət dinamikası isə "Bank Silk Vey"də (0,9%) qeydə alınıb.

 

İl ərzində nağd vəsaitləri azalmış 11 bank arasında ən kəskin azalma "Nikoyl Bank"da (63,3%), ən yumşaq azalma isə "Unibank"da (2,3%) baş verib.

 

Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Rabitəbank"dır.

 

4 BANKIN NAĞD VƏSAİTLƏRİ 50 MİLYON MANATDAN ÇOXDUR

 

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü bu il iyulun 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin məbləğini ayrıca açıqlayıb ki, bunlardan da 4-də sözügedən göstərici 50 milyon manatdan çoxdur.

 

Bunlar "Kapital Bank" (425,827 milyon manat), "Access Bank" (73,342 milyon manat), "Xalq Bank" (58,473 milyon manat) və "AFB Bank"dır (55,007 milyon manat).

 

Qalan 19 bankdan 15-nin nağd vəsaitləri 10 - 50 milyon manat arasında, 4 bankın nağd vəsaitləri isə 10 milyon manatdan azdır. Nağd vəsaitləri ən az olan bank ölkədə ən kiçik bank sayılan Pakistan Milli Bankının Bakı filialıdır. Filialın nağd vəsaitləri cəmi 360 min manatdır.

 

Nağd vəsaitlərinin məbləğini açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Rabitəbank"dır. 

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© "Renkinq" 

14.08.2018 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ