Ən yuxarı (mobil)_30

48 milyon manat haqq toplayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
48 milyon manat haqq toplayıb

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin ilk yarımilliyi üçün maliyyə hesabatını təqdim edib.

 

Reklam_3_11

Qrupdan "Marja"ya bildirilib ki, şirkətlərin 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi  48 milyon manat təşkil edib.

 

Qeyd edilib ki, “Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində sığorta haqlarının həcmi  19 840 222  manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 3 191 973 manat və ya 19% artmışdır. Sığorta ödənişlərinin həcmi isə 9 751 863 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə  2 223 677 manat və ya  29% çoxdur.    

 

“Atəşgah” SŞ - nin 2018-ci ilin ilk altı ayı ərzində ən çox ödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 5 529 190 manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 6.2% artmışdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları isə 2017-ci ilin ilk altı ayı ilə müqayisədə 77.22% artaraq 28 165 000  manat təşkil etmişdir.

14.08.2018 09:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ