Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Yeni fond yaradılacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni fond yaradılacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq.

 

ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nazirlik tərəfindən fondun əsasnamə layihəsi hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim olunub.

 

Dövlət Əməyin Mühafizəsi Fondu bu sahədə vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verəcək.

 

Fond əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsini, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasını dəstəkləyəcək. Müvafiq sahə üzrə mütəxəssislərin hazırlanmasının, əməyin mühafizəsi sahəsində təbliğat-maarifləndirmə işlərinin təşkili, işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməsinin təbliği və bu kimi digər məsələlər də fondun fəaliyyət istiqamətləri olacaq.

 

Qeyri-kommersiya qurumu kimi təşkil ediləcək fond dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Dövlət Əməyin Mühafizəsi Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması nəzərdə tutulub.

14.08.2018 13:42

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ