Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İndiki situasiyada manatın qorunmasının tərəfdarıyam"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İndiki situasiyada manatın qorunmasının tərəfdarıyam"

Son günlər regionda baş verən iqtisadi proseslər, Azərbaycanın yaxın qonşuları və bəzi əsas ticarət tərəfdaşları olan ölkələrdə yerli valyutaların ucuzlaşması manat üçün də təzyiq yaradır. Türk lirəsi və rus rublunun kəskin ucuzlaşması Azərbaycanda da devalvasiya riski ilə bağlı müzakirələri gücləndirib. Ölkədə devalvasiya olması ehtimalları, belə vəziyyətə səbəb ola bilən faktorlar və qarşıdakı dövr üçün gözləntilər barədə sualları iqtisadçı ekspert Rövşən Ağayev cavablandırır:

 

Reklam_3_11

- Rövşən bəy, hazırda Azərbaycanda iqtisadi vəziyyəti, o cümlədən manatın devalvasiyası riskini necə qiymətləndirisiniz?

 

- Əvvəla onu deyim ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, deaalvasiya risqinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır.

 

Tədiyyə balansının ümumi saldosu mənfidirsə demək devalvasiya qaçılmazdır. Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə də baxmaq lazımdır və ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə əsas göstərici tədiyyə balansının ümumi saldosudur.


- Bu məlumatlar hər ay açıqlanır?

 

- Onu hökmən qeyd etməliyəm ki, bizim Mərkəzi Bank tədiyyə balansını çox ləng açıqlayır. Baxın, indi ilin 8-ci ayı başa çatmaq üzrədir, amma AMB hələ 1-ci rübün tədiyyə balansını açıqlayıb. 2-ci rübün tədiyyə balansı isə təlimata görə, yalnız sentyabrın sonunda açıqlanacaq. Bunu ona görə deyirəm ki, belə gecikmələrə görə, tədiyyə balansındakı məlumatlar köhnəlir və bunlarla bağlı dəqiq analiz etmək mümkün olmur. Amma qonşu Türkiyədə tədiyyə balansı hər ayın sonunda, özü də çox detallı  açıqlanır, və bu da imkan verir ki, nəinki Türkiyə iqtisadçıları, hətta bizim iqtisadçılar da Türkiyə iqtisadiyyatını təhlil edib fikir yürütsünlər.

 

- Rövşən bəy, indi bizim tədiyyə balansında vəziyyət necədir? 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

- Vəziyyət belədir, bizim tədiyyə balansımızda həlledici yeri ticarət balansı tutur. Çünki bizim ölkəyə valyuta gəlirləri əsasən xarici ticarətdən gəlir. Başqa ölkələrdə bu məsələ fərqlidir, Məsələn, Estoniyada və ya qonşu Gürcüstanda xidmətlər balansı mühüm yer tutur. Çünki həmin ölkələrin valyuta gəlirləri əsasən xidmətlərdən daxil olur. Gürcüstanın ixracı az olsa da, turizm sektorunun hesabına xidmətdən pul qazanırlar. Eləcə də son illər bu ölkəyə investisiya axını var və s. Bizim ölkədə isə əsas valyuta gəlirləri məhz ticarətin, onu da içərisində məhz neftin hesabına formalaşır. Son illərdə bizim xaricə ixracımızın azı 90%-i, bəzən 92-94%-i neft və neft məhsullarıdır. Bu özünü tədiyyə balansında da göstərir. Tədiyyə balansında 3 hissə var - kapital hesabı, cari hesablar balansı, və maliyyə hesabı, Bu 3 hissə üzrə baxsanız görərsiniz ki, ölkəyə gələn pulun 60%-i ticarət xətti ilə daxil olur.

 

- Deməli manatın vəziyyəti daha çox xarici ticarətdən asılıdır?

 

- Bəli, bizdə manatın vəziyyəti, devalvasiya olub-olmayacağı ilə bağlı məsələlər ən çox, yəni həlledici dərəcədə xarici ticarət balansından asılıdır. İlk 6 ayın nətiələrinə baxanda görürük ki, xarici ticarətdə 6 milyard dollara yaxın  müsbət saldo var. Bildiyiniz kimi, 2017-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi və digər layihələrlə bağlı ölkəyə kreditlər şəklində böyük investisiya axınları başlayıb. Bunun hesabına 2017-ci və 2018-ci ilin ilk rübündə bizim maliyyə hesabımızda müsbət saldo yaranıb. Müqayisə üçün bildirim ki, bizdə 2 dəfə devalvasiya olan 2015-ci ildə tədiyyə balansının ümumi saldosu mənfi idi – 11,3 milyard dollar.

 

- Bu çox böyük məbləğdir...

 

- Bəli elə onu görə həmin il manat 2 dəfədən çox dəyərdən düşdü. Halbuki bizdə 2003-cü illərdən sonra tədiyyə balansında mənfi saldo yaranmamışdı. Bu da manatın ən sabit olduğu illər idi. Çünki ölkəyə gələn valyuta çıxan valyutadan çox idi. 2015-də isə qəflətən bu nisbət dəyişdi və devalvasiya oldu. 2016-cı ildə də gərginlik yaşandı, həmin il tədiyyə balansında 1 milyard 190 milyon dollarlıq mənfi saldo vardı və nəticədə, xatırlayırsınızsa, manat sabitləşə bilmirdi. Yalnız 2017-ci ildə tədiyyə balansı sabitləşdi, 2,2 milyard dollarlıq müsbət saldo yarandı və manat da aprel ayından etibarən sabitləşərək 1,7 manat ətrafında möhkəmləndi. Deməli manatın devalvasiya riskinə əsas təsir göstərən amil tədiyyə balansının vəziyyətidir.

 

- Və tədiyyə balansındakı vəziyyət bizə nə deyir?

 

- Tədiyyə balansının indiki durumuna baxanda, mən azı yaxın 6 ayda Azərbaycanda devalvasiya riski görmürəm. Bu gün Azərbaycanda manatın devalvasiyasına təsir edə biləcək ən əsas məsədə tədiyyə balansının vəziyyətidir.

 

- Məsələnin bu tərəfi aydındır, amma indi Azərbaycanın ətrafında ciddi iqtisadi proseslər gedir, ətraf ölkələrin – Türkiyə, İran, və Rusiya valyutaları ucuzlaşır. Biznesi və sadə adamları da bir məsələ düşündürür ki, bu proseslərin bizə təsiri ola bilərmi?

 

- Belə deyək, dünya bazarındakı neftin qiyməti, manata ətraf ölkələrdə baş  verənlərdən daha ciddi təsir edir. Yəni neftin 40-50 dollara düşməsi Azərbaycan üçün daha böyük təhlükədir, daha çox təsir edə bilər, nəinki bu 3 ölkədə baş verən proseslər. Əgər bu 3 ölkədən gələn ixrac gəlirlərimiz neft gəlirlərimizdən çox olsaydı onda buradakı proseslərin Azərbayana həlledici təsirindən danışmaq olardı. Amma indiki situasiyada isə manatın arxasında dayanan valyuta gəlirlərinin 90%-i bu 3 ölkədən asılı olmadığına görə, bu risk daha aşağıdır.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

- Bu 3 ölkədən ikisi – Rusiya və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır. İranla ticarət o qədər də çox deyil və ilk 7 ayda cəmi 170 milyon dollar ətrafındadır (13,5 milyon dollar ixrac, 156 milyon dollar idxal). Amma Rusiya və Türkiyə ilə dövriyyələr böyükdür. Azərbaycanın qeyri-neft ixracının böyük hissəsi – təqribən 60%-i də bu iki ölkənin payına düşür. Və indi bu iki ölkədə milli valyutalar sürətlə ucuzlaşır. Nəticədə bu ölkəyə ixrac edilən Azərbayxan malları bahalaşır və onun rəqabət qabiliyəti azalır. Bunun manata təsir ola bilərmi? Yəni bu məsələ hökumət üçün manatla bağlı qərar verməkdə nə qədər ciddi arqument sayıla bilər?

 

- Mənim bayaqdan dediklərim o demək deyil ki, bu prosesin bizə ümumiyyətlə təsir olmayacaq. Mən sadəcə təsirin dərəcəyindən danışırdım. Bu ölkələrdə valyutanın dəyərdən düşməsi bizə iki formada təsir edə biləcək. İlk təsir o olacaq ki, bizim bu ölkələrə məhsullarımız ixrac edilir və rublun və lirənin real effektiv məzənnəsinin ucuzlaşması isə bizim məhsullarımızın orada bahalaşması və rəqabət qabiliyyətinin azalmasına səbəb olur.

 

Burada mən bir maraqlı nüansı qeyd etməliyəm ki, bəzən iqtisadçılar ona diqqət yetirmirlər. Belə ki, heç vaxt inflyasiyanın səviyyəsi devalvasiya qədər olmur. Məsələn, Azərbaycada manat iki dəfə dəyərdən düşdü, amma bu müddət ərzində ümumi inflyasiya səviyyəsi 30-35% olub. Bu o deməkdir ki, bizim iki ölkə ilə qarşılıqla ticarətimiz dollar üzərindən qurulsa da, yəni satılan malın pulunu dollarda alsaq da, əslində qiymətləşmə (qiyməti razılışdırılması) rubl və lirə üzərindən gedir. Bu da o deməkdir ki, Rusiya və Türkiyədə bizim məhsullar onlardakı milli valyutanın ucuzlaşdığı qədər bahalaşmır. Amma istənilən  halda bu ölkələrə eyni həcmdə məhsulun ixracından daxil olan pullar azalacaq, yəni əvvəllər 1000 dollarlıq gəlir gətirən həcmdə məhsul indi tutaq ki, 800 dollar gətirəcək və sair.

 

- Amma biz həm də bu ölkələrdən ciddi həcmdə məhsul idxal edirik.

 

- İkinci əsas məqam da budur. Baş verən proseslərdən sonra bizim bu ölkələrdən idxal etdiyimih məhsullar daha ucuz ola bilər və bu da daxili bazara təsir edəcək. Yəni bu ölkələrdə baş verən hadisələrin bizə iki təsiri bunlardır. Doğrudur, bizim qeyri-neft ixracımız neftin həcmi ilə müqayisədə çox kiçikdir, amma bu sahə böyük əmək tutumlu sahədir. Məhz qeyri-neft sektorunda böyük məşğulluq var, üstəlik, kimya sektorunu çıxmaq şərtilə qeyri-neft sektorunun böyük hissəsi Bakıdan kənarda – regionlarda formalaşır.
 

- İndi bu arqumentlər manatın devalvasiyası üçün əsas ola bilərmi?

 

- Xeyr, düşünmürəm ki, hökumət indiki şəkildə manatın kiçik həcmli məqsədli devalvasiyasına getsin.

 

- Nəyə görə?

 

- Əvvəla ona görə ki, kiçik həcmli devalvasiya, məsələn, dolların məzənnəsinin 1,7 manatdan 1,8 manata qaldırılması heç nəyi dəyişməyəcək. Çünki haqqında danışdığımız ölkələrdə devalvasiya elə sürətli gedir ki, kiçik devalvasiya manatla lirənin real effektiv məzənnəsindəki tarazlığı onsuz da bərpa edə bilməyəcək. Əvəzində bu addımın (yəni manatın 10-15% də olsa devalvasiyasının ) mənfi nəticələri ola bilər. Bank sektoru, biznes, xüsusilə də xarici valyutada borcu olan, xarici valyuta ilə əməliyyatlar aparan, məhsullarının elementləri idxal hesabına formalaşan şirətlər ki var, bunlar 2015-ci ilin devalvasiyasında çox ağır zərbə alıb. Xüsusilə də, bank sektoru ayağa qalxmayıb. Ona görə də, mən bir iqtisadçı kimi, indiki situasiyada manatın qorunmasının, istənilən bütün hallarda  qorunmasının tərəfdarıyam. Bunun üçün münbit şərait, yəni imkanlar da var.

 

Yenə də deyirəm bizim tədiyyə balansımızın ümumi saldosu imkan verir ki, heç hökumət valyuta bazarına müdaxilə eləmədən də manatın sabitliyi təmin olunsun. Bu gün tədiyyə balansının saldosu müsbətdirsə - bunu bütün iqtisadçılar bilir və bilməlidir - hökumətin valyuta bazarına müdaxiləsinə ehtiyac qalmır, valyuta bazarı prosesi özü tənzimləyir. Hökumət o halda müdaxilə edir, yəni valyuta ehtiyatlarını bazara buraxır ki, tədiyyə balansında mənfi saodo yaranır. Bu gün bazarda o situasiya yoxdur.

 

- Deməli bu gün Azərbaycanda devalvasiya riski yoxdur, eləmi?

 

- Bu risk yalnız bir halda ola bilər, yəni daha dəqiqi bunun üçün bir risk var. O da Azərbaycandan kapital axınının baş verməsidir. Sizə bir maraqlı fakt deyim, 2015-ci ildə Azərbaycanda devalvasiya baş verən il, dediyim kimi, tədiyyə balansında 11,3 milyard dollarlıq mənfi saldo vardı. Və bu kəsir xarici ticarətin hesabına deyil, kapital axının hesabına baş vermişdi. Yəni həmin il Azərbaycandan 9 milyard dolarlıq kapital axını olmuşdu. Daha 2,1 milyard dollarlıq mənbəyi bilinməyən kapital axını olmuşdu. Bu aıxınlar ölkədən ən müxtəlif formada baş vermişdi. Bunlar əmanətlər şəklində, xaricdən əmlakların alınması və sair şəklində baş vermişdi. 

 

- Belə halın indi də təkrarlanması ehtimalı varmı?

 

- Mən bir siyasi risk gözləyirəm, ümid edirəm ki, bu baş verməz, çünki bu bizim xeyrimizə deyil. Çünki Rusiya və Türkiyə ilə bizim münasibətlərimiz həddən artıq siyasiləşib və sıx siyasi maraqlar üzərində qurulub. Bu mənada, məsələn, Türkyə və ya Rusiya hökuməti bizim hökuməti dəvət edə bilərlər ki, gəlib bu ölkəyə iri sərmayə qoysunlar. Eyni zamanda bu ölkələrlə bizim biznesimiz də sıx dərəcədə çuğlaşıb. Bizim xeyli insanlarımız Rusiya və Türkiyədə biznes qurublar. Türkiyənin rəsmi statistikasından da görünür ki, Türkiyədə həm investisiya qoyuluşları, həm də alınan əmlakların sayına göər, Azərbayanlılar öndə gedirlər. Həm hökumətin, həm də biznesin Türkiyə və Rusiya ilə bk qədər yaxın olması ölkələn kapital axınına səbəb ola bilər.

 

- Amma ölkədə bu qədər kapital varmı ki, kənara axsın?

 

- Məsələ də ondadır ki, dolları alıb ölkədən çıxartmaq üçün manat lazımdır. Manat kütləsi isə Mərkəzi Bank tərəfindən azaldılıb. Yəni mən ölkədən 2016-cı ildəki kimi bazarı silkələyəcək qədər dollar axını gözləmirəm. Çünki 2015-ci ildə əlində manatı olanların hamısı uzun müddətdən bəri topladıqları pulları dollara çevirdilər. Bu pulların bir hissəsi ya ölkədən çıxdı, ya da dollar şəklində sandıqlarda saxlanılır.

 

- Yəni sadə desək, kimin dollar almaq imkanı vardısa, o artıq dollarını alıb, eləmi?

 

- Bəli, həm ev təsərrüfatlarının, həm də biznesin əhəmiyyətli dərəcədə hissəsi, topladıqları vəsaitləri dollara və avroya çeviriblər. Ötən 3 ildə isə iqtisadiyüat elə də artmayıb, iqtisadiyatın elə böyük mənfəəti olmayıb ki, bu manatı dollara çevirsinlər. Üstəlik, dediyim kimi manat kütləsi də məhduddur. Yəni elə bir manat kütləsi yoxdur ki, onu satıb dollara dəyişsinlər. Yalnız o ola bilər ki, ayrı-ayrı adamlar əmlaklarını satıb dollar şəklində ölkədən çıxartsınlar. Bu hal 2014-2015-də baş vermişdi. Rusiyadakı iş adamlarının orada işi yaxşı getmirdi və onlar Bakıdakı əmlaklarını satıb biznesə yatırıdılar. Yəni bütn bunları ümumiləşdirsək, siyasi riski nəzərə almasaq, mən manat üçün təhlükə, onun devalvasiyası üçün ciddi səbəb görmürəm.

 

- Bakıdakı əmlakın satılıb pulun Türkyə və Rusiyaya qoyulmasına gəlincə, bu ölkələrdə problemlər davam etdiyinə görə, məncə bunun özü də risklidir və belə qərarı vermək istəyənlər olsa da, onlar həmin ölkələrdə vəziyyətin sabitləşməsini gözləyəcəklər.

 

- Şübhəsiz, biznes belə qərarları daha ehtiyatla verir. Siyasi risk dediyim yalnız hökumətlərə aid qərarlardan gedir. Yəni istənilən halda kapital axını baş verməsə, rəsmi və ya qeyri-rəsmi şəkildə, tədiyyə balansı üçün təhlükə yoxdur. Bu gün neftin 70 dollarlıq qiyməti elə bir həddir ki, Azərbaycanda  bütün hallarda yaxın dövr üçün tədiyyə balansının müsbət saldosunu qoruyacaq. Bir şərtlə ki, ölkədən güclü kapital axını olmasın.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© FED

14.08.2018 13:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ