Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Union Lizinq”in tənəzzülü davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Union Lizinq”in tənəzzülü davam edir

“Union Lizinq” ASC 2018-ci ilin birinci yarısını 382 min 288 manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilin xalis mənfəətilə müqayisədə təxminən 9% azdır. ASC 2017-ci il 418 min 602 manat xalis mənfəətlə bağlamışdı.

 

Reklam_3_11

“Marja” ASC-nin ASC-nin hesabatına istinadən xəbər verir ki, “Union Lizinq”in əsas əməliyyat gəliri 2018-ci ilin birinci yarısında 871 min 296 manat təşkil edib. Şirkət ötən il 1 milyon 706 min manat cəmi əməliyyat gəliri əldə etmişdi.

 

Union Lizinq”in lizinq portfeli (lizinq üzrə debitor borcları) azalıb. 30 İyun 2017-ci il tarixində 13 milyon 776 min manat olan portfel 30 İyun 2018-ci il tarixindək 12 milyon 620 min manata düşüb (8,6% azalma).

 

2016-cı ilin sonunda şirkətin lizinq portfeli 18 milyon 347 min manat təşkil edirdi.

 

Şirkətin aktivləri isə 13 milyon 837 min manatdan 12 milyon 639 min manata geriləyib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

"Union Liziniq"in kapitalı mənfi zonadadır. Yığılmış zərərə görə kapital 5 milyon 703 min manat kəsirdədir.

 

Şirkətin 18 milyon 341 min manat öhdəliyinin 13 milyon 717 min manatını uzunmüddətli kredit borcları təşkil edir.

 

“Union Lizinq” 100% İsmayılov Abdul Rufat oğluna məxsusdur.

14.08.2018 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ