Mobil manşet üstü reklam_21

Naftalanda böyük ərazidə yaşıllıqlar salınacaq - BAŞ PLAN

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naftalanda böyük ərazidə yaşıllıqlar salınacaq - BAŞ PLAN
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Naftalanda 500-600 hektar ərazidə yeni yaşıllıqlar salınacaq.

 

Bu barədə bölgə müxbirinə məlumat verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

 

Ü.Əliyev deyib: Hazırda Naftalana gələn qonaqlar və turistlər şəhərin başdan-başa yaşıllığa büründüyünü görürlər. Bu illər ərzində şəhərin parklarında və yaşayış massivlərində yeni yaşıllıqların salınması istiqamətində həqiqətən böyük işlər görülüb və çoxsaylı şam ağacları əkilib. Çünki, Naftalan neftini və onun sağlamlıq imkanlarını araşdıran bir çox alimlər sübut ediblər ki, məhz şam ağacları ərazidə mikroiqlim mühiti yaradaraq bu şəhərə müalicəyə gələnlərin sağlamlığını bərpa etməyə, xüsusən bronxial astma xəstələrinin müalicəsində effektiv təsir göstərir. Bu səbəbdən yaxın vaxtlarda şəhəri başdan-başa əhatə edəcək yeni yaşıllıqlar əsasən şam ağaclarından ibarət olacaq.

 

Son vaxtlar respublikanın digər şəhərlərindəki sağlamlıq ocaqlarına vanna şəkilində istifadə olunmaq üçün Naftalan neftinin aparıldığını deyən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Bərpa İnstitutunun Naftalanla müalicə bölməsinin kiçik elmi işçisi, ali dərəcəli həkim-terapevt Allahverdi Muradov isə vurğulayıb ki, neftin öz təbii mühitindən çıxarılaraq başqa yerlərə aparılması müalicənin effektivliyini şübhə altına alır. Belə ki, həmin sağlamlıq ocaqlarına vanna şəkilində istifadə olunmaq üçün Naftalan neftini daşımaq mümkün olsa da, ikinci unikal faktor sayılan iqlimi aparmaq mümkün deyil.

 

Qeyd edilib ki, möcüzəvi əhəmiyyəti olan və çoxsaylı xəstəliklərin müalicəsində əvəzsiz vasitə kimi istifadə edilən Naftalan nefti məhz bu ərazidəki şam ağaclarının yaratdığı mikroiqlim mühiti ilə birləşərək xəstələrə şəfa vermək imkanına malikdir.

14.08.2018 14:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ