Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar nə üçün 2 manatı keçə bilmədi?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar nə üçün 2 manatı keçə bilmədi?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məzənnə haqqında rəqəmlər nə deyir?

 

Son günlər manatın xarici valyutalar qarşısında dəyər dəyişikliyi maliyyə bazarında tədirginliyin artmasına səbəb olub. Öncəliklə nəzərə almaq lazımdır ki, iqtisadi sistemin işləyişi ilə bağlı qərarlar müəyyən qeyri-adi hərəkətlənmələrə səbəb ola bilir.


Cari ildə Mərkəzi Bankın "Üzən məzənnə" sisteminə keçməsi və bazara daim müdaxilə edəcəyinin hələ də iplərin MB hərraclarına bağlı olacağını və onun izin verdiyi çərçivədə dəyişiklik olacağı elan edilmişdir. İlk hərraclarda pisixoloji təsir ilə məzənnə siyasətinin dəyişməsi zamanı manatın ciddi dəyər itirəcəyi gözlənilirdi, cəhd oldu, amma çox yüksələ bilmədi. MB-ni rəsmiləri də məzənnə hərəkətinin gözlənəndən sakit olduğunu etiraf etmişdilər. niyə?

 

1. Son 2 ildə dollarlaşma prosesi getmiş və bunun qarşılığında valyuta alabiləcək manat bazası daraldılmışdı. Bu rəqəm uzun müddətdir 7 milyard manat həcmində saxlanılır.


2. MB və Maliyyə nazirliyi tərəfindən manat bazlı qiymətli kağızları yüksək faiz təklif edərək bankların likvid manat vəsaitlərini cəlb edilmişdir;


3. Qrafikdən göründüyü kimi mütəmadi olaraq nəğd valyuta(xüxusu ilə dollar) alqı-satqı həcmi son altı ayda minumum səviyyəyə enmiş və nisbətən stabilləşmişdir. Burada dollar satışına bankların məhdudiyyət tətbiq etməsi həcmin azalmasına ciddi təsir etməsi ilə bərabər alış istiqamətinin də çox yüksək olmadığı müşahidə olunur.


5.Son 10 ildə hər zaman dövlər bütçəsi xərcləmələrinin açılmasına qədər (mart sonu) iqtisadiyyatda aktivlik aşağı olmuş və bu passivlik xarici valyutaya tələbin az olduğunu deməyə əsas verir.


4. Maliyyə bazarının dərin olmaması və bazarı tənzimləyəcək maliyyə alətlərinin yetersizliyi bazarın tələblərinə uyğun tənzimləmədə yetərsiz qalmış və sərt hərəkətlərin yaşanmasını stimullaşdırmışdır.


5. Ən əsası yuxardakı şərtlərə bağlı və bazarların ruhuna uyğun olaraq uzun müddət məzənnə üzərindəki basqı düşəliş (korreksiya) hərəkətinə keçmişdir.

 

Cəfər İbrahimli, iqtisadçı- ekspert

10.02.2017 10:37

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ