Mobil manşet üstü reklam_21

Türkiyədən Dollara qarşı daha bir addım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədən Dollara qarşı daha bir addım

Ətraf mühit və Şəhərsalma Nazirliyindən ABŞ mallarına boykot


 
Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Nazirlik tərəfindən inşa olunacaq binalarda ABŞ  istehsalı olan tikinti materiallarının istifadə edilməyəcəyini bildirib.
 

"Marja" xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada, dolların bahalaşmasına qarşı bir addımın da Ətraf Mühit və Şəhərsalma Nazirliyi tərəfindən atıldığı vurğulanıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Nazir Murat Kurum, Nazirlik tərəfindən həyata keçiriləcək layihələrdə ABŞ-ın tikinti materiallarının istifadə edilməyəcəyini açıqlayıb.

 

Daşınmaz əmlak sektorunu yaxından maraqlandıran bir yol xəritəsi üzərində çalışdıqlarını bildirən nazir, "Daşınmaz əmlak sektorunun aparıcı nümayəndələri, 15 İyulda FETÖ-nün xain dövlət çevrilişi cəhdinin ardından vətəndaşlarımızın ev sahibi olması üçün önəmli bir fədakarlıq nümunəsi göstərdilər. Bu gün də ölkəmizə qarşı aparılan bu iqtisadi müharibəyə qarşı ən güclü şəkildə mübarizə aparacaqlar və yeni bir fədakarlıq dövrünü başladaraq vətəndaşlarımızı mənzil sahibi edəcəklər",- deyib.
 

Açıqlamada, nazirin, növbəti günlərdə tikinti, tikinti materialları və daşınmaz əmlak sektoru nümayəndələri ilə görüşəcəyi qeyd edilib.

 

Xəbər verdiymiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ABŞ-ın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhone-u varsa, o biri tərəfdə Samsung var, Venüs var, Vestel var" demişdi.

14.08.2018 16:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ