Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dollar 14 ayın zirvəsində - "Məzənnə müharibələri" dünya miqyasına yayıla bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 14 ayın zirvəsində - "Məzənnə müharibələri" dünya miqyasına yayıla bilər

Yüksəlməkdə davam etdirən inflyasiya ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmaqda davam edəcəyi ehtimalını daha da gücləndirib. Buna bağlı olaraq dollar indeksi 14 ayın ən yüksək səviyyəsinə qalxıb.
 

"Marja" xəbər verir ki, Dolların, yüksək inkişaf etmiş ölkə valyutaları səbətinə qarşı dəyərini göstərən Dollar indeksi 96,78-ə qalxıb. Bu səviyyə, 28 İyun 2017-ci il tarixindən bu yana ən yüksək həddir. Dollar indeksi 2018-ci ilin əvvəlindən bu yana 5.05%, osn 5 gündə isə 2%-ə yaxın  yüksəlib. 


Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Dollar Avro qarşısında daha 0,2% də möhkəmlənib və Avro/Dollar məzənnəsi 1.1326 səviyyəsinə düşüb.

 
ABŞ-da son zamanlar açıqlanan makroiqtisadi göstəricilər, iqtisadi vəziyyətin çox yaxşı olduğunu göstərir. İnflyasiyanın yüksəlişini davam etdirməsi, Fed-in faiz artırmaq və balansını azaltmaq addımlarını davam etdirəcəyi gözləntilərini dəstəkləyir.
 

İqtisadi göstəricilər ilə bərabər ticarət müharibəsinə dair bəyanatlar və siyasi proseslər də qlobal bazarlarda risk iştahanın azalmasına və ABŞ-ın pul vahidinə tələbatın artmasına səbəb olur.
 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Dollar indeksi, bu ilin aprel ayında 89 səviyyələrindən başladığı yüksəlişini təxminən 4 aydır davam etdirir.
 

Digər inkişaf etmiş ölkə valyutalarına qarşı dəyər qazanan dollar, qızıl və digər qiymətli metallar qarşısında da yüksəliş tendensiyasını saxlayır. Bu gün qızılın unsiyasının qiyməti 1191 dollarla 10 Mart 2017-dən bu yana ən aşağı səviyyəsinə geriləyib.
 

Analitiklər dollar indeksində artımın davam etməsi vəziyyətində ABŞ ilə Çin arasında ticarət müharibəsinin başqa bir mərhələyə keçə biləcəyini və "məzənnə müharibəsi"nin gündəmdə ilk yeri tutacağın qeyd edirlər.
 

Dolların bahalaşmasının ABŞ şirkətlərinin beynəlxalq ticarətdə rəqabət qabiliyyətini aşağı salacağına toxunan analitiklər, çox keçmədən "məzənnə müharibələrinin" dünya miqyasına yayıla biləcəyini vurğulayırlar.

15.08.2018 04:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ