Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ: Əgər bir neçə gündə bir nəticə olmasa...

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ: Əgər bir neçə gündə bir nəticə olmasa...
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyə və ABŞ arasında keşiş Brunsonla başlayan böhran davam edərkən, ABŞ tərəfindən qalmaqal açıqlamaların ardı arxası kəsilmir. Dünən Ağ Evin sözçüsü Sarah Sandersın Prezident Trampın hirsli olduğunu söyləməsinin ardından "Reuters"ə danışan bir ABŞ rəsmisi, "Bir neçə gün və ya bir həftə ərzində bir nəticə olmasa başqa tədbirlər də görülə bilər" deyib.



 
Ağ Evdən verilən açıqlamada, Prezident  Donald Trampın, Türkiyədə ev həbsində saxlanılan amerikalı keşiş Endryu Brunsonın sərbəst buraxılmaması səbəbindən hirsli olduğu bildirilib.
 

"Marja" xəbər verir ki, Ağ Evin mətbuat sözçüsü Sarah Sanders jurnalistlərə verdiyi açıqlamada, "Prezidentin keşiş Brunsonın sərbəst buraxılmaması, həmçinin digər ABŞ vətəndaşları və diplomatik nümayəndəlik əməkdaşlarının sərbəst buraxılmaması qarşısında çox qəzəbli olduğunu" söyləyib.
 

Digər tərəfdən, "Reuters" xəbər agentliyinə danışan və adı açıqlanmayan bir Ağ Ev rəsmisi, keşiş Endryu Brunsonın azad edilməməsi vəziyyətində Türkiyəyə iqtisadi təzyiqin artırılacağı xəbərdarlığını edib.
 

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun dünən Türkiyənin ABŞ səfiri Serdar Kılıç ilə xüsusi bir görüş keçirdiyini qeyd edən "Reuters", yüksək səviyyəli bir amerikalı rəsmiyə istinad edərək "Boltonun Kılıç ABŞ-ın geri addım atmayacağı" barədə xəbərdar etdiyini qeyd edib.
 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Sözügedən səlahiyyətli "Reuters"ə verdiyi açıqlamada Brunson məsələsində "heç bir irəliləyiş əldə olunmadığını" qeyd edərək, "Prezident, keşiş Brunsonı evinə qayıtması məsələsində yüz faiz qərarlıdır və qarşıdakı bir neçə gün və ya bir həftə ərzində bir nəticə görməsə başqa tədbirlər də görə bilər" deyib.
 

Səlahiyyətli, tədbirlərin yəqin ki, iqtisadi sanksiya şəklində olacağını bildirərək, "Nəticə görməsək təzyiq davam edəcək" deyib.

15.08.2018 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ