Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dolları olanlara müjdə - İLLİK 6 FAİZ GƏLİR VƏD EDƏN YENİ İSTİQRAZ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dolları olanlara müjdə - İLLİK 6 FAİZ GƏLİR VƏD EDƏN YENİ İSTİQRAZ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 1,5 milyon dollarlıq istiqraz buraxır.

 

“Marja” xəbər verir ki, 08 Avqust 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 1500 ədəd faizli təmin edilməmiş istiqrazlarını dövlət qeydiyyatına alıb.

 

İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi “Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata
keçiriləcək

 

İstiqrazlar üzrə illik faiz dərəcəsi 6 faiz təşkil edir.

 

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir ödənilir. İstiqrazların tədavül müddəti 1 ildir. İstiqraz sahiblərinə istiqrazlar üzrə əsas məbləğin ödənişi tədavül müddətinin sonunda - ilk istiqrazın yerləşdirildiyi tarixdən 1 təqvim ili sonra həyata keçiriləcək.

 

İstiqrazların geri satın alınma şərtləri

 

Emitent tərəfindən satış sifarişləri üzrə istiqrazların geri alınması 180 təqvim günündən sonra həyata keçiriləcəkdir. İstiqrazların geri alınması zamanı istiqrazların nominal dəyəri və həmin günədək yığılmış faizlər ödəniləcəkdir. İstiqrazların vaxtından əvvəl ödənişi barədə tələb buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən müddəti bitənədək daxil olduqda istiqrazlar üzrə faizlər illik 6 % gəlirlilik ilə hesablanacaq

 

Emissiyanın anderrayteri də  “İnvest-AZ İnvestisiya Şirkəti”dir. Market meyker barədə məlumat mövcud deyil.

 

Şirkət, lahiyələrini maliyyələşdirmək üçün deyil, fəaliyyətini dəstəkləmək və  digər səbəblərə görə istiqraz təklifi həyata keçirir. Emissiyadan əldə ediləcək vəsait şirkətin gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən şirkətin biznesinin böyük hissəsini təşkil edən marja ticarəti xidmətində müştərilərə verilən marjanın maliyyələşdirilməsində istifadə ediləcəkdir. Şirkət eləcə də, bu emissiya ilə bazarda şirkətin borclana bildiyi müqayisəvi dərəcəni (benchmark) müəyyənləşdirmək niyyətindədir. 

 

Yerləşdirmənin başlanma tarixi

 

İistiqrazların yerləşdirməsinin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin və anderrayterin saytında investorlara açıqlanacaqdır

 

"İnvest-AZ"ın xalis mənfəəti 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə artaraq 888 min 554 manat təşkil etmişdi. Şirkətin cəmi gəlirləri isə 64% artaraq 2 milyon 346 min manat olmuşdur.

 

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən İnvestisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün verilmiş 087986 saylı 09 Yanvar 2016-cı il tarixli lisenziya əsasında aşağıdakı əsas və yardımçı investisiya xidmətlərini göstərir:

 

- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı
müştəri sifarişlərinin qəbul və icra edilməsi;
- fərdi investorların portfelinin idarə edilməsi;
- investisiya məsləhətlərinin verilməsi;
- qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
- mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli
kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
- marja ticarəti və s.

 

Buraxılış ilə daha ətraflı EMİSSİYA PROSPEKTİNDƏN tanış ola bilərsiniz.

 

15.08.2018 09:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ