Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Türkiyə məhkəməsi Brunsona rədd cavabı verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə məhkəməsi Brunsona rədd cavabı verdi

ABŞ-lı keşiş Endryu Brunsonun sağlamlıq problemləri səbəbilə ev həbsinə çevirilən cəzasına vəkilinin etiraz tələbi Türkiyənin 2-ci Ağır Cinayət Məhkəməsi tərəfindən ikinci dəfə rədd edilib.
 

Amerikalı din xadimi Endryu Kreyq Brunson İzmirdə terror təşkilatları FETÖ və PKK adına cinayət törətməkdə və casusluqda ittiham olunur. Brunsonun 35 il azadlıqdan məhkum edilməsi istənilir.

 

Onun həbsi "səhhətindəki problemlər" əsas göstərilərək ev həbsinə dəyişdirilmişdir. 

 

Brunsonın ev həbsinin və xaricə çıxış qadağasının ləğv edilməsi üçün məhkəməyə yenidən etiraz edilmişdi.  Brunsonın vəkili, İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsinə verdiyi ərizə ilə, müvəkkili barəsində "ev həbsi və xarici çıxış qadağası" qərarına etiraz etmişdi.
 

Vəkil, məhkəməyə təqdim etdiyi ərizədə, müttəhim Brunsonın terror təşkilatları PKK və FETÖ/PDY ilə əlaqəsini göstərən dəlillərin mövcud olmadığını, müvəkkilinə isnad edilən "casusluq" ittihamının hüquqi əsasının olmadığını irəli sürmüşdü.
 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

"Dua" kod adlı gizli şahid ilə digər şahidlərin ifadələrinin "yalandan" ibarət olduğunu iddia edən vəkil, ərizəsində bu ifadələrə yer verib.

 

"Bu ittihamnamə və dəlillərlə müvəkkilin azadlıqlarının məhdudlaşdırılması mümkün olmamalıdır.
Mühakimənin siyasi məsələlərin mövzusu halına gəldiyi bir həqiqətdir. Xüsusən , Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasında ikitərəfli münasibətlərdə əsas problem halına gəlmişdir. Bu cinayət işi ilə əlaqədar Türkiyə də ciddi zərbələrə məruz qalır. Bu halda məhkəmə heyəti olaraq hüquqa sadiq qalaraq qərar verməyin çətinliyi göz qabağındadır, ancaq Türkiyə Prezidentinin və digər nazirlərin qeyd etdiyi kimi Türkiyədə məhkəmə müstəqilliyi var. Məhkəmə, iki ölkənin heyətlər arasındakı görüşlərin nəticəsini gözləmədən hüquqa uyğun qərar verməlidir".

15.08.2018 11:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ