Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Lirənin ucuzlaşması SOCAR-a Türkiyədə biznesini genişləndirməyə kömək edə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lirənin ucuzlaşması SOCAR-a Türkiyədə biznesini genişləndirməyə kömək edə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türk lirəsinin ucuzlaşması SOCAR-a Türkiyədəki biznesinin genişləndirilməsi ilə bağlı planlarını gerçəkkləşdirməyə kömək edə bilər. “Interfax Global Energy” agentliyi belə hesab edir.

 

Reklam_3_11

"Türk lirəsinin ucuzlaşması SOCAR-a Türkiyənin qaz sektorunda öz iştirakını genişləndirməyə kömək edə bilər. SOCAR bu ölkənin qaz bazarındakı payını 20%-dək artırmağı nəzərdə tutur, lirənin ucuzlaşması isə şirkət üçün aktivləri daha ucuz qiymətə əldə etməyə imkan yaradır", - deyə agentliyin ekspertləri bildirirlər.

 

“Interfax Global Energy”nin məlumatına görə, 2018-ci ilin əvvəlindən lirə dollara nisbətən 40%-dək ucuzlaşıb.

 

Daha əvvəl Türkiyə mətbuatı SOCAR-ın Almaniyanın ən iri enerji şirkəti olan “EWE A.G”-nin aktivlərini əldə etməkdə maraqlı olduğu barədə xəbər vermişdi. Nəşrlərin məlumatına görə, şirkət “Bursagaz AS” və “Kayserigaz AS” qazpaylayıcı şəbəkələrindəki 80%-lik payını satmağa qərar verib və potensial alıcılarla danışıqları demək olar ki, başa çatdırıb. Mümkün iddiaçılar arasında SOCAR da var, bu sövdələşmədə əsas rəqib “Kolin” şirkəti hesab olunur. Aktivlərin ümumi dəyəri $200-250 mln. təşkil edir.

15.08.2018 12:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ