Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

1500 hektardan çox yeni fındıq bağları salınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
1500 hektardan çox yeni fındıq bağları salınıb

Prezident İlham Əliyevin ölkəyə daha çox valyuta gətirən məhsulların yetişdirilməsinə üstünlük verilməsi ilə bağlı göstərişlərinə əsasən, Xaçmaz rayonunda bu istiqamətdə bir sıra işlər həyata keçirilir.

 

Reklam_3_11

Artıq rayonda 1500 hektardan çox sahədə yeni fındıq bağları salınıb.

 

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

 

Bununla bağlı rayonda xüsusi qərargah yaradılıb və ilk növbədə, yeni fındıq bağlarının əkilməsi nəzərdə tutulan ərazilər müəyyən edilib. Bu sahələrin 2 min 70 hektarı dövlət, 2 min 946 hektarı bələdiyyə mülkiyyətinə aiddir. Həmin torpaqların 736 hektarı suvarılan, 4280 hektarı suvarılmayan ərazilərdir. Mövcud 4 min 249 hektar bar verən fındıq bağlarından yeni bağların salınması üçün təxminən 2 milyon ədəd fındıq pöhrəsinin tədarük edilməsi nəzərdə tutulub.

Azərtac

10.02.2017 13:02

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ