Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Məhşur investor: "Durğunluğa doğru gedirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Məhşur investor: "Durğunluğa doğru gedirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Türkiyəyə investisiya zamanıdır"


 

Beynəlxalq maliyyə bazarlarındakı böhran proqnozları ilə yaxından tanınan məşhur investor Mark Faber, Türkiyənin yeni iş birlikləri barədə variantları olduğunu bildirərək, bir miqdar Türkiyə şirkətlərinin səhmlərini alacağını və Türkiyədəki alətlərə (aktivlərə) sərmayə yatırmaq vaxtı olduğunu deyib.
 

Mark Faber, ABŞ-ın xarici və iqtisadi siyasətinin düzgün olmadığını bildirərək, "Tramp xarici siyasətdə diplomatiya aparmır. Ona, buna sataşır, amma ortada heç bir şəkildə diplomatiya yoxdur",- deyib.
 

Türkiyənin son dövrdə baş verən proseslərin ardından, əlində alternativ variantların olduğunu qeyd edən məşhur investor, "Türkiyənin əlindəki Tramp kartı; NATO. NATO-nun Türkiyədə çox əhəmiyyətli bazaları var. Uzun perspektivdə Türkiyənin əlində iki variant var; Avropa ilə yaxınlaşıb NATO daxilində qalmaq və ya Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilər. Bu Türkiyənin qərbi tərk etdiyinə və ya artıq daha az əlaqə içərisində olacağına, Rusiya və Çin ilə daha çox əlaqə yaradacağına işarə edir. Bu Ərdoğanın əlindəki bir ehtimaldır. Güman edirəm Tramp, bunun, çox real bir ehtimal olduğunu başa düşmür",- ifadələrini istifadə edib.
 

"Hazırda əlimdə Türkiyə istiqrazları var. Portfel içərisində çox böyük miqdarda olmasa da, almışam. Məncə Türkiyə bazarına sərmayə qoymaq vaxtıdır",- məşhur investor bildirib.

 

ABŞ Prezidenti Donald Trampın ticarət siyasətlərinin dünya durğunluğa səbəb ola biləcəyini qeyd edən Faber, "Trampın ətrafındakı iqtisadçılar ABŞ-ın ticarət kəsirinin səbəbkarının Çindən idxal olduğuna inanır. Çindən idxalın artması, ABŞ-ın azalan rəqabət gücünün göstəricisidir. ABŞ-ın son 20-30 ildir sərmayə qoyuluşları aşağıdır. Ölkənin iqtisadçıları inkişafın artırılması üçün istehlakın artırılması lazım olduğuna inandı. Bunun nəticəsi də təbii olaraq ticarət kəsirinin artmasıdır",- deyib.

 

"DURĞUNLUĞA DOĞRU GEDİRİK"
 

ABŞ-ın başlatdığı qlobal ticarət müharibələrinin nəticələrinin dağıdıcı ola biləcəyinə işarə edən Faber, "Ticarət müharibələri bir dəlilikdir. Qlobal iqtisadiyyatın onsuz da səngidiyi bir vaxtda davam edir. Məsələn, hazırda mis qiymətlərinə baxın; Tamamilə çökmüş vəziyyətdədir. Bu qlobal iqtisadiyyatın getdikcə yavaşladığına dair bir işarədir. Mən bir durğunluğa doğru getdiyimizi hesab edirəm",- xəbərdarlığını edib.

 

15.08.2018 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ