Qətər əmri Türkiyəyə milyardlar sözü verdi - DOLLAR DÜŞDÜ
Qətər Türkiyəyə 15 milyard dollar birbaşa sərmayə yatıracaq.
"Marja" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətərin əmri Şeyx Tamim bin Həməd Əl-Saninin görüşü olub.
Görüşdən sonra Prezident Tayyib Ərdoğan, Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Sani və iki ölkənin maliyyə nazirləri iş yeməyi yeyiblər. Birgə yemək 3 saat çəkib. Naharda Əl Sani Türkiyəyə 15 milyard dollar birbaşa sərmaya yatıracaqları sözü verib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Məsələ ilə bağlı verilən rəsmi açıqlamada deyilir:
"Qətər əmiri Şeyx Tamim bin Həməd Əl-Saninin işgüzar səfəri çərçivəsində baş tutan görüşdə ikitərəfli əlaqələr və regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Cənab Şeyx Təmim, görüşdə, Qətər olaraq Türkiyəyə 15 milyard dollar birbaşa investisiya yatıracaqlarını bildirmişdir".
Bundan əvvəl Səudiyyə Ərəbəistanı Qətərə embarqo tətbiq edən zaman Türkiyə bu ölkəyə kömək edərək təyyarə ilə qida və digər məhsullar göndərmişdi. İndid də Qətər Türkiyəyə ən böyük dəstək verən dövlət olub.
15 milyard dolların bazarın valyuta ehtiyacının ödənilməsinə böyük kömək olacağı qeyd edilir.
Xəbərdən sonra, Dollar/TL məzənnəsi 5.98 səviyyəsini görüb (Saat 19:15-ə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl