Türkiyədə Foreksə məhdudiyyət
Türkiyənin kapital bazarlarının tənzimləyən qurum (SPK) Qurban Bayramı tətilindən sonra foreks bazarında əməliyyatlar başlayan zaman ortaya çıxa biləcək "itkilərin" qarşısının alınması üçün kredit dəstəyi nisbətinə dair qərar verib.
"Məzənnələrin zaman-zaman aşağı və yuxarı istiqamətli hədsiz dalğalandığı üçün valyuta bazarında sağlam qiymətlər yaranmadığından foreks bazarında bəzi hallarda qiymət/spredlərin bazar şərtlərinə uyğun olduğunu müəyyənləşdirmək imkanı yoxdur. Bu çərçivədə, ölkəmizdə bazarların bağlı olacağı Qurban Bayramı tətilindən sonra foreks bazarında əməliyyatlar başlayanda ortaya çıxa biləcək "itkilərin" qarşısının alınması üçün, 16 Avqust 2018-ci il tarixindən əvvəlki mövqelər və bu mövqelərin hedc edilməsi məqsədilə aparılacaq əməliyyatlar istisna olmaqla, bir tərəfini TL-nin yaratdığı məzənnələrdə yeni açılacaq mövqelərə dair proseslərdə kredit çiyni nisbəti 3 Sentyabr 2018 tarixinə qədər 1:1 olaraq təyin olunmasına qərar verilmişdir", - SPK-nin açıqlamada deyilir.
Kredit çiyni (kredit dəstəyi) investisiya şirkətlərinin tətbiq etdiyi və FOREX əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan dəstəkdir.
Başqa ölkələrdlə 1:400-ə qədər kredit çiyni nisbətləri olarkən, bizdə bu nisbət 1:100 nisbətidir. Kredit çiyinli əməliyyatlar sayəsində investor, kiçik investisiya ilə böyük həcmli əməliyyatlar aça bilər. Kredit çiyni nisbəti artdıqca, həm gəlir, həm də risk nisbəti artır. Buna görə, bu aləti istifadə edərkən riski yaxşı analiz etmək lazımdır. Yüksək qazanc və risk ilə açılan əməliyyatlarda, bazar hərəkətləri açılan əməliyyat istiqamətilə düz mütənasib getməzsə, investor kredit çiyni ilə etmiş olduğu əməliyyat böyüklüyü üzərindən zərər edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl