Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyədə Foreksə məhdudiyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyədə Foreksə məhdudiyyət

Türkiyənin kapital bazarlarının tənzimləyən qurum (SPK) Qurban Bayramı tətilindən sonra foreks bazarında əməliyyatlar başlayan zaman ortaya çıxa biləcək "itkilərin" qarşısının alınması üçün kredit dəstəyi nisbətinə dair qərar verib. 
 

"Məzənnələrin zaman-zaman aşağı və yuxarı istiqamətli hədsiz dalğalandığı üçün valyuta bazarında sağlam qiymətlər yaranmadığından foreks bazarında bəzi hallarda qiymət/spredlərin bazar şərtlərinə uyğun olduğunu müəyyənləşdirmək imkanı yoxdur. Bu çərçivədə, ölkəmizdə bazarların bağlı olacağı Qurban Bayramı tətilindən sonra foreks bazarında əməliyyatlar başlayanda ortaya çıxa biləcək "itkilərin" qarşısının alınması üçün, 16 Avqust 2018-ci il tarixindən əvvəlki mövqelər və bu mövqelərin hedc edilməsi məqsədilə aparılacaq əməliyyatlar istisna olmaqla, bir tərəfini TL-nin yaratdığı məzənnələrdə yeni açılacaq mövqelərə dair proseslərdə kredit çiyni nisbəti 3 Sentyabr 2018 tarixinə qədər 1:1 olaraq təyin olunmasına qərar verilmişdir", - SPK-nin açıqlamada deyilir.

 

Kredit çiyni (kredit dəstəyi) investisiya şirkətlərinin tətbiq etdiyi və FOREX əməliyyatlarında yatırım investisiyasından dəfələrlə artıq həcmdə ticarət əməliyyatlarının icrasına imkan yaradan dəstəkdir. 

 

Başqa ölkələrdlə 1:400-ə qədər kredit çiyni nisbətləri olarkən, bizdə bu nisbət 1:100 nisbətidir. Kredit çiyinli əməliyyatlar sayəsində investor, kiçik investisiya ilə böyük həcmli əməliyyatlar aça bilər.  Kredit çiyni nisbəti artdıqca, həm gəlir, həm də risk nisbəti artır. Buna görə, bu aləti istifadə edərkən riski yaxşı analiz etmək lazımdır. Yüksək qazanc və risk ilə açılan əməliyyatlarda, bazar hərəkətləri açılan əməliyyat istiqamətilə düz mütənasib getməzsə, investor kredit çiyni ilə etmiş olduğu əməliyyat böyüklüyü üzərindən zərər edə bilər.

15.08.2018 18:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ