Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

8 banka qiymətli kağızlara investisiya maraqlı deyil

iç səhifə xəbər başlığı altı (mobil)_31
8 banka qiymətli kağızlara investisiya maraqlı deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il iyulun 1-nə olan vəziyyətə görə, qiymətli kağızlara investisiyalarının illik dinamikası barədə məlumat verib ki, bunlardan da 13-də müsbət dinamika müşahidə edilib.

 

Son 1 ildə fond bazarına investisiyaları ən çox artıran bank "Turan Bank" (24,6 dəfə), ən az artıran bank isə "Rabitəbank" (6,1%) olub.

 

1 bankda - "Atabank"da qiymətli kağızlara investisiyalar dəyişməyib.

 

5 bankda isə qiymətli kağızlara investisiyalar azalıb. Ən çox azalma "Bank of Baku"da (92,8%), ən az azalma "Zıraat Bank Azərbaycan"da (0,1%) qeydə alınıb.

 

2 bank  - "Bank VTB Azərbaycan" və "Yapı Kredi Bank Azərbaycan" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 8 bank - AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

 

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə qiymətli kağızlara investisiyalarının dinamikasını açıqlamayıb.

 

4 bankın qiymətli kağızlara investisiyaları 100 milyon manatdan çoxdur

 

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 8-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

 

Bunlar "AGBank", "Amrah Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Günay Bank", "Muğan Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.

 

Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 109,25 milyon manat), "PAŞA Bank" (816,779 milyon manat), "Kapital Bank" (408,673 milyon manat) və "Xalq Bank"dır (166,697 milyon manat).

 

Qiymətli kağızlara investisiyaların məbləği 12 bankda 10-100 milyon manat arasında, 6 bankda isə 10 milyon manatdan da azdır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq" 

16.08.2018 06:23

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ