Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dollar 5.56 lirəyədək ucuzlaşa bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar 5.56 lirəyədək ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq birjalarında avro və lirə kimi önəmli valyutaların dollara nisbətən qiymətlərində bahalaşma müşahidə edilməkdədir. Brent nefti isə ucuzlaşır.


 

Reklam_3_11

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.13$-a kimi ucuzlaşdıqdan sonra 1.14$-a kimi bahalaşıb. Lakin bahalaşma maliyyə bazarında texniki səbəblərlə əlaqələndirilir və avroya olan təzyiqlərin aktual qaldığı qənaəti güclü olaraq qalır. Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsində korreksiya artıq 5.86TL-yə kimi dərinləşib.

 

Təhlillərə əsasən, Dollar/Lirə məzənnəsində ucuzlaşma, 6.33TL-nin altında qaldıqca, 5.76 və 5.56TL-yə kimi də davam edə bilər. Avro/Dollar qiyməti isə 1.14$-ın üzərində möhkəmlənərsə, 1.15$-a kimi də bahalaşa bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:00 və 16:30-da müvafiq olaraq dərc ediləcək Avrozonanın xarici ticarət dövriyyəsi və Amerikanın tikinti bazarı ilə bağlı önəmli statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.

 

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti önəmli dəstək səviyyəsi sayılan 71$-ı aşağı istiqamətdə qırıb. Beləliklə, qiymət bu səviyyənin altında qaldıqca, ucuzlaşmanın 66$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır. Dünyada hasilat səviyyəsinin artması, neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. 

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

16.08.2018 06:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ