Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda güclü leysan tütün plantasiyalarına zərər vurub? -AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda güclü leysan tütün plantasiyalarına zərər vurub? -AÇIQLAMA

Azərbaycanın şimal-qərbində güclü leysan yağışları bölgədəki tütün plantasiyalarına ciddi zərər vurmayıb.

 

Bunu Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Telman Həsrətov deyib.

 

Onun sözlərinə görə, əksər plantasiyalar az miqdarda su altında qalıb ki, bu da əksinə, tütün üçün xeyirlidir:

 

“Biz indi yağışın kəsdiyi ərazilərdə plantasiyalara baxış keçiririk. Baxdığımız plantasiyaların əksəriyyəti çox az zərər çəkib. Biz hələlik dağlara yaxın və daha yüksəkdə yerləşən plantasiyaları yoxlamamışıq. Orada yağış daha şiddətli yağıb. Əsas odur ki, plantasiyalar tamamilə su altında qalmasın. Bu, tütün üçün zərərlidir”.
Assosiasiya rəhbəri bildirib ki, ümumilikdə bu il tütün istehsalı əhəmiyyətli dərəcədə artmalıdır:

 

“Bu il məhsuldarlıq yüksəkdir. Hətta fermerlər qəbul məntəqələrinin azlığından narazıdır. Bu il quru tütünün və tütün məhsullarının istehsalı artmalıdır”.

 

Qeyd edək ki, bir müddət əvvəl T.Həsrətov müsahibəsində bildirmişdi ki, 2018-ci ilin sonunadək Azərbaycanda tütün istehsalının həcmi 30 faiz arta bilər.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Trend

16.08.2018 07:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ