Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan iqtisadiyyatının artımı kəskin yavaşladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatının artımı kəskin yavaşladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft sektorunda istehsalın azalması və qeyri-neft sektorunda isə istehsalın kəskin yavaşlaması iqtisadiyyatın artım sürətini zəiflədib.


 

2018-ci ilin yanvar-iyul aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 43 milyard 478,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 0,9 faiz artmış, neft sektorunda isə 0,8 faiz azalmışdır.

 

Əlavə dəyərin 46,9 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə, 13,2 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 4436,3 manata bərabər olmuşdur.

 

Xatırladaq ki, 2018-ci ilin birinci yarısında ölkənin ümumi daxili məhsulu 1,3 faiz artaraq 37 milyard 9,1 milyon manata çatmışdı. İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,0 faiz, neft sektorunda isə 0,1 faiz artmışdı.

16.08.2018 08:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ