Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda yığılan minik avtomobilləri anbarlarda qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda yığılan minik avtomobilləri anbarlarda qalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin yanvar-iyul aylarında (7 ay) Azərbaycanda cəmi 269 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları (6 ay) ərzində Azərbaycanda 130 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, İyulda istehsal 139 ədəd artıb.

 

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 dəfə artıb. Artımın yüksək olmasına baxmayın. Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda minik avtomobili istehsalı dayanmışdı.

 

01.08.2018-ci il vəziyyətinə, bu il istehsal edilmiş 269 ədəd  minik avtomobilinin 108 ədədi anbarlarda olub. 01.06.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 110 ədəd təşkil etmişdi. 

 

YERLİ İSTEHSAL AVTOMOBİLLƏRİ DÖVLƏT ALIB

 

Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə 139 avtomobil təqdim edilmişdi.

 

Əgər bu il istehsal edilmiş 269 minik avtomobilinin 139 dövlət tərəfindən alınmışdırsa və 108 ədədi də anbarlarda qalırsa, deməli bu il istehsalçılar cəmi 22 ədəd avtomobil satıblar. Bu 22 satışın da əksəriyyəti dövlət müəssisələrinədir. Məsələn, Naxçıvan Ali Məclisi Naxçıvan Avtomobil Zavodundan, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi isə Naftçala Avtomobil zavodundan avtomobillər almışdı. Qısası, fərdi şəxslər Azərbaycanda yığılan minik avtomobillərini almırlar.

 

Neftçala Avtomobil Zavodunun əsas sahibi  “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirmişdi ki,  hökumət qurumlarından ümumilikdə 40-a yaxın “Xəzər” avtomobili sifariş verilib:

 

“Xəzər” avtomobillərini sifariş verən qurumlar arasında İqtisadiyyat, Energetika və Vergilər Nazirlikləri, Mərkəzi Seçki Komissiyası (MSK) var”.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Bu ilin Martında  Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodunda (NAZ-Lifan) fəaliyyət göstərir.  Bu il istehsal edilmiş 269 ədəd avtomobilin 80-nə yaxını Naxçıvan Avtomobil Zavodu tərəfindən yığılıb.

16.08.2018 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ