Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bitkiçilik məhsullarının istehsalında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bitkiçilik məhsullarının istehsalında böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd təsərrüfatında avqust ayının 1-nə kimi tarlalardan 534,2 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,5 faiz çox kartof, 925,7 min ton (15,6 faiz çox) tərəvəz, 308,1 min ton (1,1 faiz az) bostan məhsulları, 207,4 min ton (2,7 faiz çox) meyvə və giləmeyvə, 4,2 min ton (2,1 faiz çox) üzüm, 535,2 ton (20,5 faiz çox) yaşıl çay yarpağı, 1,8 min ton (keçən illə eyni səviyyədə) günəbaxan və 2,1 min ton (5,7 faiz çox) tütün yığılmışdır.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

 

2018-ci il avqustun 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 9,3 min ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvariyul aylarında diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 280,8 min ton, süd istehsalı 1,2 faiz artaraq 1199,4 min ton, yumurta istehsalı 0,7 faiz artaraq 1 milyard 22,4 milyon ədəd, yun istehsalı isə 1,4 faiz azalaraq 14,7 min ton olmuşdur.

 

Bundan başqa, ölkədə 514,0 ton barama istehsal olunmuşdur ki, bu da son 20 ilin ən yüksək göstəricisidir.

 

2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 6,5 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,0 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,5 faiz artmışdır

16.08.2018 09:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ