Azərbaycanda üzlərin güldüyü biznes - KƏSKİN ARTIMLAR

Azərbaycanda tikinti materiallarının istehsalı kəskin artıb. Bunan səbəb tikinti layihələrinin, xüsusilə, mənzil tikintisi sahəsində pilot layihələrin isayının artmasıdır.  

 

"Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında 322 milyon 780 min manatlıq tikinti materialları istehsal edilib. Bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 31,7% çoxdur.

 

“Tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 31,7 faiz artaraq 322,8 milyon manat təşkil etmişdir. Hörmə üçün hazır beton qarışığının istehsalı 2,2 dəfə, tikinti əhənginin istehsalı 27,3 faiz, sementin istehsalı 21,6 faiz artmış, tikinti kərpicinin istehsalı 4,0 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 58,9 faiz azalmışdır”,- Komitənin hesabatında deyilir.

16 Avqust 2018 , 11:14   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin