Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda 23 min nəfər işini itirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 23 min nəfər işini itirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin birinci yarımili ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılmışdır. "Marja" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə yaradılmış iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılmışdır.

 

Reklam_3_11

Yeni iş yerlərinin 25,0 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür. Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılmışdır.

 

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılmışdır.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bununla yanaşı, 2018-ci ilin birinci yarımili ərzində ölkədə 22,6 min iş yeri bağlanmışdır. Bu dövrdə bağlanmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. İş yerlərinin 74,0 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.

16.08.2018 09:21

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ